Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rövşenin qetli ile bağlı 3 nefer saxlanıldı – Yaxın adamı şübheli çıxdı – YENİLƏNİB

25 Ağustos 2016

7:12 am


25/08/2016 [11:10]: xeber –
“Qanuni oğru” Rövşən Lənkəranskinin qətli ilə bağlı Türkiyə mediası yeni detallar yayımlayıb.Baş verən cinayətdən sonra axtarış aparan Cinayət Bürosunun əməkdaşları otel çıxışı atəşə məruz qalan avtomobillərdən birini idarə edən Tahir C.-ni saxlayıb.Məlum olub ki, Rövşən oteldə Tahir C. ilə görüşüb. Həmin toplantıda iştirak edən və Canıyevin adamları olduqları müəyyən edilən azərbaycanlı Hacıbaba T. ilə A.N. və Z.İ. də şahid olaraq dindirilmək üçün polis bölməsinə aparılıblar.Lakin dindirilmə zamanı məlum olub ki, 3 şahiddən biri olan Hacıbaba T. polis tərəfindən axtarışda olub. Artıq şübhəli durumuna düşən Hacıbabanın 18 avqust 2013-cü ildə azərbaycanlı iş adamı Əli Həmidovun qətlində şübhəli olduğu ortaya çıxıb. Qeyd edilir ki, həmin cinayətdə Lənkəranskinin də adı keçib.Cinayət polisi təhlükəsizlik kameralarından silinən həmin olayla da bağlı yenidən geniş araşdırmalara başlayıb. Rusiyada 5 ayrı cinayətdə adı hallanan Hacıbaba ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə saxlanılıb.Qeyd edilir ki, Türkiyə polisi Canıyevin qətlində rus mafiyasını əsas şübhəli olaraq görür. Şübhəlilər arasında Laşi Ş., Yuriy P., Vasiliy H. və Nadir S. adlı mafya üzvlərinin adı çəkilir.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler