Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rövşen Lenkeranskiye sui-qesd – TƏFƏRRÜATLARI

18 Ağustos 2016

12:32 pm


18/08/2016 [16:31]: xeber –
Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ötən gecə İstanbulda güllələnməsi ilə bağlı bəzi məqamlar açıqlanıb. sayt Lent.az-a istinadən xəbər verir ki, İstanbul polisindən bildirilib ki, silahlı hücum zamanı Lənkəranskinin olduğu maşında ondan başqa daha iki nəfər var imiş.Maşına atəş açan naməlum şəxslərə Lənkəranski və adamları da cavab atəşi açıblar. İstanbul polisinin açıqlamasına görə, hadisə yerində ağzına susdurucu taxılmış bir UZİ markalı avtomat və bir “Qlok” markalı tapança aşkarlanıb.İlkin araşdırma nəticəsində məlum olub ki, hadisə yerindən tapılan silahlar avtomobildə hücuma məruz qalan şəxslərə məxsus olub. Hadisə yerindən eyni zamanda çox sayda giliz də götürülüb.Qeyd edək ki, türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsi barədə xəbər dəqiqdir.Bu barədə “Report”un Türkiyə müxbirinə Azərbaycanın bu ölkədəki konsulluğundan bildirilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler