Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rövşen Lenkeranski ile bağlı baş verenler gösterir ki, pis günlerimiz hele irelidedir”

19 Ağustos 2016

10:56 am


19/08/2016 [14:53]: xeber –
Məşhur hüquqşünas Aslan
İsmayılov facebook səhifəsində Rövşən Lənkəranskinin ölümü və bu olay ətrafında
baş verənlərlə bağlı maraqlı status yazıb. sayt həmin statusu oxuculara
təqdim edir:

“Bu mövzuya heç toxunmaq
istəməzdim. Amma…

33 il hüquq mühafizə orqanlarında işlədiyim
və vəkilliklə məşğul olduğum dövrdə, oğru aləmindən az çox bilmişəm, bir nəfər
də cinayətkara qarşı hörmətsizlik etməmişəm. Stavropol diyarında məhkəmə sədri
işlədiyim dövrdə müttəhimi təhqir edən rayon prokurorunu məhkəmə zalından
çıxarmış və haqqında diyar prokurorluğuna təqdimat yazmışam. İstənilən ölümə
üzülmüşəm, çünki insan olmaq bunu tələb edir. Bununla belə, son 24 saat ərzində
qanuni oğru Rövşən Lənkəranski ilə bağlı baş verənlər onu göstərir ki, Dövlət və
Millət olaraq pis günlərimiz hələ irəlidədir. Əgər belə olmasaydı addımbaşı
haqqı pozulanda susan millət bu gün Lənkəranda izdiham yaşamazdı. Məscidlərində
nəzir qutuları oğurlanan dindarlar “Allahu Əkbər” sədaları ilə ətrafı silkələməzdi.
Çarəsizlikdən sosial şəbəkədə pul dilənən Qarabağ qazisi haqqında, səhiyyədə, təhsildə
baş verən faciələrə susan mətbuat nümayəndələri 24 saat ərzində bir ölüm
haqqında bu qədər yazmazdı. Şəxsən özümün Səhiyyədə, Təhsildə, Xəzərin
hasarlanmasında baş verən biabırçılıqlarla bağlı araşdırmalarımı görməməzliyə
vuran “Yeni Musavat” qəzeti, “Qafqazinfo.az, “Haqqın.az” və digər saytlar hadisəyə
bu qədər vaxt ayırmazdı. Xəstə uşağını pulsuzluqdan İran xəstəxanasından götürə
bilməyən vətəndaşı olan millət bir nəfərin cənazəsini Bakıya gətirmək üçün
xüsusi təyyarə tutmazdı. Haqqını tələb edənləri dəyənək altına saldıran, həbsxanaya
göndərən hakimiyyət rəsmiləri bu dəfndə bu cür canfəşanlıq etməzdi.

Rövşən Lənkəranskinin ölümü barədəki
fikirlər əslində bizim cəmiyyətin ruh halının xəstə olduğunu göstərir. Bu hadisəni
gündəmin bir nömrəli mövzusu etməklə, əslində cəmiyyətə hansı ziyanı
vurduğumuzu, yalnış dəyərləri formalaşdırmağımızı, yeni-yeni cinayətlərin baş
verməsinə, həbsxanada cəza çəkənləri özünə nümünə sayan, gənclərin yetişməsinə
şərait yaratdığımızın fərqində deyilik. Hamımızın bu baş verəcəklərdə, öz gunah
payımız olsa da birinci günahkar, müxalifəti, vətəndaş cəmiyyətini, ayrı-ayrı
müstəqil fikir sahiblərini məhv edən hakimiyyətdədir. Əgər bu hakimiyyətin
Rusiyadakı təmsilçisi səfir Polad Bülbüloğlu vəzifəsini yerinə yetirsəydi on
minlərlə çarəsiz insan qanuni oğrularda ədalət axtarmazdı. Mətbuatın cəmiyyət
üçün təyinatlarını anlamamaları, sifarişi yerinə yetirmələri, sonda Milli Qəhrəmanı
yox, qanuni oğrunu gəncliyin həsəd yerinə çevirdi. Azərbaycan gəncliyi Ziya
Bünyadova yox, Rövşən Lənkəranskiyə oxşamaq istədi. Bu gənclik sabah Lotu Quliyə
də oxşamaq istəyəcək. Özüm uşaq yaşlarımdan qonşum Həmid müəllimə oxşamaq istəyirdim,
çünki rayonda hörmət sahibi idi. Bu gün 200 manat maaş alan, acından ölməsin
deyə deputat Hadı Rəcəblisi ona daş daşımağı məsləhət bilən müəllimi olan, digər
deputatı Fəzail Ağamalının “hamı istəyir ki, oğlu Rövşən Lənkəranski olsun” deyən,
kriminal avtoritetlər Milli Qəhrəmandan çox-çox hörmətlə qarşılanan, ömrünü Azərbaycana
həsr etmiş, 1994-cü ildə öz təqaüdü hesabına ilk dəfə “Ermənilik” kitabı yazan
professor Saleh bəy Qarabağlının dəfnində 50 nəfərin iştirak etdiyi, bir
ziyalının, deputatın, vəzifəlinin olmadığı, qanuni oğrunu ölümü ilə bağlı başsağlığı
verməyə növbəyə duran deputatı, vəzifəlisi, ziyalısı olan diyarda heç bir gənc
müəllim olmaq arzusunda olmaz. Bu gəncliyin arzusu qanuni oğru olmaq olacaq və
qanuni oğru olduqdan sonra bu uşaqlığı, gəncliyi oğurlananlar ona hakim
olanların balalarına qan udduracaq. Qatillik, terroristlik əvvəl gənclərin
ruhunda yaranır və münbit şərait olan kimi təcrübədə öz əksini göstərir. Görəsən
hakimiyyət heç olmasa bunun fərqindədirmi? Fərqindədirmi ki, Rövşən kimi bir
avtoritet Lənkəranda olan izdihamların birinin ağzını bir gün elə bu hakimiyyətə
qarşı çevirə bilər?

P.S. Səmimi deyim, elə özüm də Rövşən Lənkəranskinin
ölümünə üzüldüm. Ona görə ki, doğru aləmində addımbaşı namərdlik gördüyüm Vətənimdə,
Rövşən Lənkaranski oğru aləmində Mərd adı qazanmışdı”.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler