Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rövneq Abdullayev: “SOCAR heç bir layihesinden imtina etmeyib”

20 Eylül 2016

2:52 pm


20/09/2016 [18:49]: xeber –
“Dünya bazarında neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) heç bir layihəsindən imtina etməyib”.Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev 20 sentyabr – Neftçilər günü münasibətilə keçirilən tədbirdə bildirib. O qeyd edib ki, həyata keçirilən layihələrin başa çatdırılması ölkəyə milyardlarla dollar gəlir gətirəcək. R.Abdullayev neft-qaz sektorunda çalışanları peşə bayramı münasibətilə təbrik edib, 22 il öncə imzalanmış “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin əhəmiyyətindən, bu illərdə qazanılan uğurlardan danışıb. O, həmçinin “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə sazişin 20 illiyinin qeyd olunduğunu, yataqdan indiyədək 75 mlrd. kubmetr qaz, 19 mln. ton kondensat hasil edildiyini, hazırda “Şahdəniz-2” layihəsi üzrə işlərin qrafikə uyğun uğurla irəlilədiyini qeyd edib. SOCAR-ın prezidenti şirkətin ölkədə və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələrdən də danışıb, rəhbərlik etdiyi şirkətin aktivlərinin 40 mlrd. manata çatdığını bildirib.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler