Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rövneq Abdullayev: Dünyada en ucuz tebii qaz bizdedir – VİDEO

21 Temmuz 2016

6:00 pm


21/07/2016 [21:58]: xeber –
Dövlət Neft Şirkətinin prezidenti mavi yanacağın qiyməti ilə bağlı məqamlara aydınlıq gətirib.Bu gün Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə olaraq təbii qaz verilib.sayt Region TV-yə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Masallı rayonunun icra başcısı Rafil Hüseynov, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, 1153 abonenti olan kəndin mavi yanacaqla təmin olunması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1500 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 54 min 63 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1153 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.Hazırda Masallı rayonunun daha 13 kəndində – Öncəqala, Hüseynhacılı, Məmmədoba, II-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala təklə, Xil, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.Tədbirdə iştirak edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarına cavab olaraq mavi yanacağın qiyməti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib: “Hələ bu məsələlərə baxılmayıb. Amma deyə bilərəm ki, dünyada ən ucuz qaz bizdədir. İrandan da, Rusiyadan da qazın qiyməti aşağıdır. Bir az çətinlik yaradır, ancaq hələ ki, dözürük”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler