Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rövneq Abdullayev: “”Avro-2020” yüksek seviyyede keçirilecek”

30 Eylül 2016

10:56 am


30/09/2016 [14:54]: xeber –
AFFA prezidenti Rövnəq Abdullayev Avropa kuboklarının final matçlarının Bakıda keçirilmə variantına münasibət bildirib. R.Abdullayev jurnalistlərə açıqlamasında “Avro-2020”-dək bir neçə böyük futbol yarışını Azərbaycan paytaxtında keçirməyə çalışacaqlarını deyib.“Biz “Avro-2020” üçün peşəkar sifariş hazırlamışdıq. Həmin sifariş Londondan sonra ikinci yerdə idi. Razılaşmaq lazımdır ki, UEFA bütün turnirləri eyni dövlətə vermir. Son illərdə Bakıda bir neçə böyük futbol yarışı keçirilib. İndi də “Avro-2020”-yə hazırlaşırıq. Amma çalışacağıq ki, bunadək bir neçə tədbiri də Bakıda keçirək” deyə AFFA prezidenti vurğulayıb. Milli assosiasiyanın rəhbəri 4 oyunu Bakıda keçiriləcək “Avro-2020”-nin təşkilatçılığından da danışıb:“Dövlətimizin bu sahədə böyük təcrübəsi var. İndiyədək böyük tədbir və yarışlar keçirmişik. “Avro-2020” də belə yüksək səviyyədə keçiriləcək”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler