Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ronaldo: “Finalda olmağa layiqik”

07 Temmuz 2016

8:08 am


07/07/2016 [12:06]: xeber –
“Çətin oyun olacağını bilirdik. 90 dəqiqə ərzində üstün tərəf biz idik. Layiqli qələbə qazandıq. Finala yüksəldiyimiz üçün xoşbəxtəm. Bizim bir xəyalımız var və ona gerçəkləşdirmək istəyirik”.Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo “Avro-2016″nın yarımfinalında Uelsə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.”Biz vahid komandayıq. Turnirin əvvəlindən belə hərəkət edirik. Mən təkcə qol vurmaq üçün yox, mübarizə aparmağa çalışıram. Uğur qazanmaq üçün bütün futbolçular çalışmalıdır” – deyə o bildirib.K.Ronaldo Portuqaliya millisinin təkcə ondan ibarət olmadığını söyləyib:”Biz komandayıq. Ancaq bu gün  finala çıxmağımıza kömək etdim”.Portuqaliya millisinin kapitanı bildirib ki, finalda da qalib gəlməyə çalışacaqlar: “Finalda olmağa layiqik. Çoxları bizim finala çıxacağımızı gözləmirdi. Amma bunu bacardıq. Özümüzlə fəxr edirik”.K.Ronaldo “Real”dakı komanda yoldaşı Qaret Beyl haqda da danışıb:”Oyundan sonra Beyllə danışdım. Onu Uels millisinin turnirdəki uğurlu çıxışına görə təbrik etdim”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler