Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Roman variantı zeif olan 3 neheng film -MARAQLI

01 Ekim 2016

11:36 am


01/10/2016 [15:35]: xeber –
Ədəbiyyat hər zaman kinonun inkişafına təkan verib. Dahi yazarların bir çox romanları ekranlaşdırılaraq kino sahəsinin də inkişafına təkan verib. Amma elə romanlar var ki, onlar ssenarisi əsasında çəkilən filmlərin yanında kölgədə qalıblar. Dünya ictimaiyyəti həmin əsərin roman yox, yalnız film variantını xatırlayır.sayt bu əsərlərdən üçünü təqdim edir:Mario Puzo, “Ata” (1969) “Mafiya ədəbiyyatı”nın ən ünlü nümayəndələrindən olan italiyalı Mario Puzonun məşhur əsəri rejissor Frensis Ford Koppola tərəfindən ekranlaşdırılıb. Burada 1940-50-ci illərin Amerikasında, bir italyan mafiya ailəsinin hekayəsindən bəhs edilir. Don Korleonenin qızı Koninin toyunda, ailənin ən kiçik oğlu və bir müharibə veteranı olan Maykl atası ilə barışır. Bir sui-qəsd cəhdi, Donu artıq işləri idarə edə bilməyəcək vəziyyətə saldıqda, ailənin başına Maykl və qardaşı Sonni keçir. Müşavirləri Tom Hagenin də köməyi ilə digər ailələrə savaş açan Korleone ailəsi köhnə üsulları dəyişməyə başlayır. Hamının yaddaşında “Xaç atası” kimi qalan film təbii ki, Puzonun “Ata” romanını öz kölgəsində saxlamağı bacardı.Cak Palanik, “Döyüşçü klubu” (1996)Cak uzun müddət yuxusuzluq xəstəliyindən şikayət edən sığorta agentidir. Öz psixoloji çətinliklərindən qurtula bilmək üçün müalicə alır. Bu zaman əvvəlcə Marla adlı qızla, daha sonra isə həyatını dəyişdirəcək Teyler Durden ilə tanış olur. Durden, Cakın çatmaq istədiyi bütün məqsədlərə sahiblənmiş bir adamdır. O, Cakı heç vaxt haqqında danışılmasına icazə verilməyən gizli bir təşkilatla – “Döyüşçü Klubu” ilə tanış edir.Əsərin motivləri əsasında çəkilən film çox böyük uğur qazanır. Palanikin romanı nə qədər məşhur və maraqlı olsa da filmin kölgəsində qalır.Stefan Kinq, “Parıltı” Film dünyanın ən çox qazanan yazarlarından olan ünlü fantast Stefan Kinqin romanı əsasında çəkilib. Stenli Kubrik tərəfindən ekranlaşdırılan film yazıçı Cak Torransın qış mövsümündə qapalı olan “Overlook” Otelinin qayğını götürərək ailəsiylə birlikdə ora yerləşməsindən sonra inkişaf edən metafizik hadisələrdən bəhs edir. Cakın fövqəltəbii hisslərə malik olan kiçik oğlu, zamanla otelin içərisində yalnız olmadıqlarını, keçmiş və gələcəkdən gələn xəyallarla birlikdə yaşadıqlarını görür və ailəsini buna inandırmağa çalışır. Ailə bir qar fırtınası səbəbiylə dağda yerləşən bu oteldə məcburən qalanda o, fövqəltəbii varlıqlar tərəfindən ələ keçirilir və yavaş-yavaş ağlını itirməyə başlayır.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler