Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Roma papasının fikrince, Dağlıq Qarabağı qeyd-şertsiz Ermenistana tehvil vermeliyik”

27 Haziran 2016

10:28 am


27/06/2016 [14:27]: xeber –
Sabiq millət vəkili,
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu
sayt-a açıqlamasında Roma papasının Ermənistan səfəri və bu səfər
zamanı səsləndirdiyi bəzi açıqlamaları şərh edib:

“Zati -müqəddəsləri” Roma
papasının İrəvana səfəri başa çatdı. 
İndi könül istər ki, hörmətli Elxan Süleymanovun “zati -müqəddəslərinə”
ikinci müraciətini oxuyaq və ona ünvanladığı şanlı məktubun təsirsiz ötüşməsinin
səbəblərini öyrənək. Ümumiyyətlə, baş katolikə deputatın göndərdiyi yazının
çatıb-çatmaması haqqında dəqiq bir məlumatımız yoxdur. Hər nə olsa da ruhdan
düşməməliyik. Haqsızlıqlar, ədalətsizliklər barədə yazmaqdan usanmamalıyıq. Bəlkə
günlərin birində  istək və şikayətlərimiz
öz yerini tapdı. Ancaq bu xristinalıq İslam üzərinə belə amansız hücuma keçibsə,
inanmıram, müraciətlər, yazı-pozular arzu etdiyimiz hansısa nəticəni doğursun.
Buna qədər nələr demədik: işğalçı Ermənistanın siyasətini ifşa edəcək 100-lərlə
faktı beynəlxalq təşkilatların və nüfuzlu xristian dövlətlərinin nəzərinə
çatdırsaq da yenə onlar din qardaşlarının müdafiəsindən geri durmadılar.

İrəvanın mərkəzi
meydanında uzun-uzadı çıxış edən baş katolik Ermənistanı xristianlığı qəbul edən
ilk ölkə kimi təqdim elədi. Görəsən, o, hansı ölkədən danışır?  1-ci əsrdə meydana çıxan  xristian dinini  20-ci əsrdə 
türk torpaqları üzərində yaradılmış 
Ermənistanın ilk tanıması, sadəcə, cəfəngiyyat deyilmi? İndi dinlərin
müharibəsi gedir.  Proseslərin Samuel
Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən
qurulması”  əsərindəki yekunla qurtarıb-qurtarmamsı barədə qəti fikir
söyləməkdə çətinlik çəksək də  Roma
papasının Türkiyəni erməni soyqırımına görə ittiham etməsini anlamaqda çətinlik
çəkmirik. Türkiyə tərəfə II Qaragenlə birlikdə ağ göyərçin uçurdulmasının özü də
nəyisə deyir, yəni boşuna deyil, bununla onlar Türkiyəni sülhə çağırırlar, guya
ki, təqsiri Ermənistanda və erməni xalqında axtarmaq əbəsdir. Mətbuat konfransı
keçirilərkən baş katolik baltanı lap kökündən saplayıb. Ona verilən suallardan
birinə belə cavab verib:

”Azərbaycana gedərkən
orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki,
kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur.”
Bu da baş katolikin ədadləti! Deməli, belə çıxır ki, Azərbaycan Dağlıq Qarabağı
qeyd-şərtsiz Ermənistana təhvil verməlidir! Roma papası bizlərə belə məsləhət
verir… Məsələ bu cürdür, dostlar, İŞİD-də elə-belə yaranmayıb. Düşüncəmə görə,
xristian klubu bu terror təşkilatını ona görə yaradıb ki, bəşəriyyətdə İslama,
müsəlman cameəsinə ikrah hissi yaratsın. Bunun 
o tərəfi yoxdur. Başında duranlardan biri və öncülü də elə bu “zati müəqəddəsləridir”.
İndi çox şeylər kilsələrdə, Vatikanda həll olunur, xristian ölkələrinə təlimalar
da buralardan hazırlanaraq ötürülür. Nə qədər ki, müsəlman aləmi bunu dərk etməyib,
o zamanadək də bəlalardan xilas olmayacaqdır.  

Yazılarımdan birində bir
misal çəkmişdim. Təkrar deməyə yenə ehtiyac duyuram. Nobelçi misirli yazıçıdan
soruşurlar: “Siz möcüzəyə inanırsınızmı?” 
Cavabında “Bəli, inanıram”,- deyə ifadə etməklə əlavə edir: “ iki müsəlmanın
sözünün üst-üstə düşməsini dünyanın ən böyük möcüzəsi hesab edirəm.” Adam tam
düz deyir.  Ona görə də gəlin, günahları  kənarda deyil, müsəlmanın
öz içində axtaraq”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler