Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Roma papasının Bakıya seferini engellemek doğru addım olmaz”

13 Temmuz 2016

7:48 am


13/07/2016 [11:45]: xeber –
Roma papası Fransiskin
cari ilin 3 oktyabr tarixində Bakıya səfəri gözlənilir. Roma papasının Ermənistanda
səsləndirdiyi fikirləri əsas gətirən bəzi siyasətçilər hesab edir ki, onun səfəri
boykot edilməli, dövlət səviyyəsində əngəllənməlidir.

sayt-a
açıqlamasında məsələyə münasibət bildirən AXP sədri Pənah Hüseyn məsələnin bu
cür qoyuluşunu düzgün hesab etmədiyini vurğulayıb:

“Əgər Azərbaycan
Respublikasının hansısa vətəndaşları Roma papasının ölkəmizə səfərindən
narazıdırsa, buna etiraz edə bilər. Bu, onların hüququdur. O, katolik kilsəsi və
xristian dünyasının dini rəhbərlərindən biridir. Onun bu məsələlərdə bitərəf
mövqe tutmasını gözləmək də sadəlövhlük olardı.

Ermənistanda səfərdə
olarkən onun qondarma erməni soyqırımı haqqında “genosid” ifadəsi işlətməsi
haqlı olaraq Türkiyə və Azərbaycanda etirazlara səbəb oldu. Ancaq hesab edirəm
ki, bu, Roma papasının ölkəmizə səfərinin yasaqlanması üçün əsas
sayılmamalıdır. Çünki Vatikan papanın kimliyindən asılı olmayaraq, dünya siyasətinə
ciddi təsir göstərir. Onun səfərindən Azərbaycanın xeyrinə istifadə
olunmalıdır. Dünya bu cür proseslərdən ibarətdir.  Bu səfərdən Azərbaycan dövlətinin maraqları
üçün istifadə etmək lazımdır”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler