Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Roma papasını Quba Soyqırımı Memorial Kompleksine aparmaq lazımdır”

14 Eylül 2016

10:16 am


14/09/2016 [14:14]: xeber –
Oktyabrın 2-də Roma
papası Azərbaycana səfər edəcək. Məlumat üçün qeyd edək ki, bir müddət bundan
öncə Roma papası qondarma “erməni soyqırımı”nı tanıyan bəyanatla çıxış
etmiş, 1915-ci il hadisələrinin mahiyyətini təhrif edərək qatı ermənipərəst
mövqe nümayiş etdirmişdir. Maraqlıdır, Roma papasının bu mövqeyini nəzərə
alaraq Bakı səfəri zamanı onu Quba Soyqırımı Memorial Kompleksinə aparmaq, erməni
vəhşilikləri ilə yaxından tanış etmək məqsədəuyğundurmu? Roma papasının Bakı səfərindən
fürsət kimi istifadə edib Vatikanın Azərbaycan və türk dünyasına münasibətini
müsbət mənada dəyişməkə cəhd edilməlidirmi?

sayt-a açıqlama
verən millət vəkili Elman Məmmədov Roma papasına deyilməsi gərəkən hər şeyin
deyiləcəyinə əmin olduğunu vurğuladı:

“Bundan qabaqçı Roma
papası Xocalı soyqırımı zamanı ermənilərə xeyir-dua vermişdi. Bildirmişdi ki,
bu, xaçın qələbəsidir. İndiki Roma papası da əvvəlkindən geri qalmır. Bu, ondan
da betərdir. Onu təkcə Qubadakı soyqırım abidəsinə yox, eyni zamanda Şəhidlər Xiyabanına,
Xətai rayonundakı Xocalı soyqırımına həsr olunmuş abidəyə də aparmaq lazımdır.
Onu soyqırımına məruz qalan şəxslərlə, onların yaxınları ilə görüşdürmək
lazımdır. Təmas xəttindəki əraziləri də ona götərmək lazımdır. Göstərmək
lazımdır ki, bu yerlər 25 ildir ki, erməni işğalı altındadır. Gəlmisən, ermənilərin
ilhamvericisisən, onların xaç atasısan, din xadimisən. Bəlkə erməni tərəfdəki
din xadimlərini başa salasan ki, dində, şəriətdə belə şeylər yolverilməzdir.
Allahına qəzəbinə gələrsiniz.

Hesab edirəm ki, bunların
hamısını ona demək lazımdır. Zənnimcə, deyiləcək də”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler