Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Roma Papası qadınların ümidlerine – SON QOYDU…

02 Kasım 2016

8:36 am


02/11/2016 [12:35]: xeber –
Roma Papası Fransisk qadınların keşiş olmaqla bağlı istəklərinə qəti cavab verib. Vatikan lideri katolik kilsəsində qadınların keşiş olması barədə təkliflərə öz çıxışı ilə son qoyub.İsveçdə keçirilən mərasimə qatılan Roma Papası ölkəsinə qayıdan zaman təyyarədə mətbuatın suallarını cavablandırıb. Papaya bildirilib ki, o, İsveçdə protestan kilsəsinin baş yepiskopu, xanım Antje Jackelen ilə görüşüb.Papa ona ünvanlanan “Qarşıdan gələn 10 il ərzində katolik kilsəsində qadın keşişləri düşünmək gerçəklik olarmı?  Yoxsa katolik keşişlər qadınlarla rəqabətdən qorxur?” sualını cavablandırıb. Papa qadınların keşiş olmasını əngəlləyən qaydanın dəyişməsi ehtimalının olmadığını vurğulayıb. Qadınlarn bir çox işi kişilərdən daha yaxşı etdiyini deyən Papa “Kilsə təsəvvüfü və nəzəriyyəsində kim daha önəmlidir deyə özümdən soruşuram. Həvarilər, yoxsa Məryəm ana? Təbii ki, Mərym ana. Bundan baçqa kilsə isa ilə evlidir”,- deyə vurğulayıb.Beləliklə də qadınların katolik kilsəsində keşiş ola biləcəyi ilə bağlı müzakirələrə Vatikan rəhbəri tərəfindən son qoyulub.(türkustaninfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler