Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rokfeller III Dünya savaşından danışdı – PROQNOZ

30 Ağustos 2016

9:52 am


30/08/2016 [13:49]: xeber –
Rokfellerlər ailəsinin 4-cü nəslinin nümayəndəsi Stiven Rokfeller inanır ki, III Dünya savaşı labüddür. sayt Rusiya mediasına istinadla yazır ki, dünyanın ən varlı sələmçi maqnatlarından və ABŞ Federal Ehtiyat Sisteminin əsas təsisçisi bu barədə Amerika telekanalına müsahibəsində danışıb:“Hazırkı situasiya mənə XX əsrin əvvəlində I Dünya müharibəsindən öncəki vəziyyəti xatırladır. Biz güclü dövlətlərin iki böyük ittifaqını görürük: ABŞ- AB və Rusiya-Çin-İran. Hər iki birlik  üstünlük əldə etməyə çalışır və biri-birinə güzəştə getmək istəmirlər. Tarixdə belə qarşıdurma sülhlə nəticələnməyib. Mən inanıram ki, Üçüncü Dünya savaşı olacaq…”Rokfeller eyni zamanda  Rusiyanın da SSRİ kimi dağılması variantını da istisna edib. “Hazırkı Rusiya, qətiyyən SSRİ-yə oxşamır. Sovet İttifaqı respublikalardan ibarət idi: onları təklikdə daha  yaxşı yaşayacaqlarını izah etməklə ayrılmağa təhrik etmək mümkün idi. Bu da baş verdi. Ancaq gəlin obyektiv danışaq; bu respublikaların əhalisinin əksəriyyəti yaxşı yaşamağa başlamadı. Ona görə də hesab edirəm ki, Rusiyadakı separatçı əhvali-ruhiyyə iflasa məhkumdur. Ruslarla dil tapmaq lazımdır, yoxsa müharibə olacaq. Amma zənnimcə, Rusiya ilə dil tapmaq mümkün olmayacaq…” – deyə super oliqarx bildirib.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler