Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rio-de-Janeyroda İslam Hemreyliyi Oyunlarının teqdimatı olub

07 Ağustos 2016

6:16 pm


07/08/2016 [22:14]: xeber –
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edib.Rio-de-Janeyronun “Windzor Barra” otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi baş tutub.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən sayt -a verilən məlumata görə, 60-dan artıq qonağın iştirak etdiyi mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov iştirak ediblər.Mərasimə, həmçinin digər rəsmilər, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, Nigerin baş naziri Ada Salissau, Qvineya- Bissaunun baş naziri Bakiro Dja, Malaziya, İndoneziya, Qvineya-Bissau, ÇAD, Qambiya, Fələstin, Suriya və digər islam ölkələrinin Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri, idmana məsul nazirləri qatılıblar.Qonaqları ilk olaraq salamlayan nazir Azad Rəhimov ölkəmizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, I Avropa Oyunlarını, Formula-1 Grand Prix turnirini və digər Avropa, dünya çempionatlarını buna misal gətirib.“Daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir. 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək”, – deyə Azad Rəhimov bildirib.Nazirin çıxışından sonra qonaqlar üçün IV İslam Həmrəyliyi Oyunları haqda hazırlanmış film nümayiş etdirilib. Filmdə IV İslam Oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar öz əksini tapıb.Filmin nümayişindən sonra sual-cavab bölümü başlayıb. Burada IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prossesi, akreditasiya, idmançıların qalacaqları məkanlar, yarışların keçiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı verilən suallar nazir Azad Rəhimov tərəfindən cavablandırılıb, fikir mübadiləsi aparılıb. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri paylanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler