Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rio-2016: Ratkeviç bürünc medal uğrunda mübarize aparacaq – YENİLƏNİB

17 Ağustos 2016

4:52 pm


17/08/2016 [20:49]: xeber –
Rio-de Janeyroda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.sayt -ın məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.Mübarizəyə 1/8 final mərhələsindən başlayan Yuliya Ratkeviç (56 kq) yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb. Görüş İçonun təmiz qələbəsi ilə yekunlaşıb – 10:0.Beləliklə, finala yüksələ bilməyən Ratkeviç bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.19:38Azərbaycanı “Rio-2016”-da 58 kiloqram çəki dərəcəsində təmsil edən qadın güləşçi Yuliya Ratkeviç Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.sayt verir ki, idmançımız 1/4 finalda kolumbiyalı Jaklin Renteria Kastilyonu 7:3 hesabı ilə qalib gəlib.Yarımfinalda onun rəqibi son 3 olimpiadanın qalibi və 10 qat dünya çempionu, yaponiyalı Kaori İço olacaq. ***Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç ilk görüşünə çıxıb.sayt xəbər verir ki, 1/8 finala təsadüf edən qarşılaşmada rəqib ukraynalı Oksana Herhel olub.Ratkeviç görüşün sonlarınadək 3:0 hesabı ilə öndə olsa da, rəqibi ardıcıl xallarla irəli çıxıb. Bununla belə, son saniyələrdə azərbaycanlı güləşçi daha bir fənd tətbiq edərək qələbəni təmin edib – 7:5.1/4 finalda onun rəqibi kolumbiyalı Jaklin Renteria Kastilyo olacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler