Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rio-2016: Bu gün cüdo yarışlarına start verilecek

06 Ağustos 2016

5:04 am


06/08/2016 [09:02]: xeber –
Bu gün Rio-de-Janeyro Olimpiadasında cüdo yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Oyunların 2-ci gün Azərbaycan millisinin 1 idmançısı tatamiyə çıxacaq. Peter Zayzenbaherin yetirmələrindən Orxan Səfərov nəyə qadir olduğunu nümayiş etdirməyə çalışacaq. “Böyük dəbilqə” və Qran-pri turnirlərinin qalibi olan 25 yaşlı həmyerlimiz ilk cəhddə Xuan Postiqosu (Peru) sınağa çəkəcək. Məhz Rio-de-Janeyroda dünya çempionatının bürünc medalını qazanan Səfərov mərhələ adlayarsa, 1/8 finalda Ahmed Abelrahman (Misir) – Otar Bestayev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq. Avropa Oyunlarının finalçısının mübarizə apardığı 60 kq çəki dərəcəsinin görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Lakin həmyerlimiz ilk mərhələdən azad olduğundan rinqə 19:40-dan sonra çıxacaq. Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler