Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rio-2016: Boksçu Kamran Şahsuvarlı 1/8 finala yükselib

09 Ağustos 2016

5:56 pm


09/08/2016 [21:53]: xeber –
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək.Yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq. İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verib. O, çinli Zao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək. Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimiadaya 1/8 finaldan start verəcək. Təmsilçimiz saat 00:45-də başlayacaq döyüşdə irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olacaq. Döyüş saat 02:00-da start götürəcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler