Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rio-2016: Azerbaycan snayperi 15-ci olub

06 Ağustos 2016

8:12 pm


07/08/2016 [00:09]: xeber –
Bu gün Rio-2016-da güllə atıcılığı yarışı başlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiadanın ikinci günündə qadın və kişi snayperlər 10 m məsafədən hədəfi nişan alıblar. Zəriflərin yarışında mübarizə aparmadığımızdan, start xəttinə bu növdə yeganə həmyerlimiz Ruslan Lunyov çıxıb. Pnevmatik tapançadan dəqiqliyini yoxlayan idmançımız üçün təsnifat mərhələsi uğursuzluqla başa çatıb. Belə ki, ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub. Növbəti mərhələyə isə ilk 8 yerin sahibləri yüksəliblər. Qeyd edək ki, Lunyov avqustun 12-də 25 m məsafəyə atəşaçma yarışında da iştirak edəcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler