Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Reyqana qarşı 35 il evvel sui-qesd töretmiş şexs azadlığa buraxılıb – FOTOLAR

11 Eylül 2016

6:28 am


11/09/2016 [10:27]: xeber –
1981-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Reyqana qarşı sui-qəsd törətmiş Con Hinkli  35 ildən sonra ruhi xəstə olan məhkumlar üçün ciddi rejimli dispanserdən azadlığa buraxılıb.   APA-nın  “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, bu ilin iyulunda federal hakim 61 yaşlı Hinklinin özü və ictimaiyyət üçün artıq  təhlükə yaratmadığına dair qərar verib. Qərara əsasən,  Con Hinkli Virciniya ştatının Uilyamsburq şəhərində yaşayan anasının evində məskunlaşmalı, mətbuat nümayəndələri ilə təmas qurmamalı, xüsusi icazə olmadan internetdən, sosial şəbəkələrdən istifadə etməməli, alkoqollu içkilər və narkotik vasitələr qəbul etməməlidir.   Qeyd edək ki, Con Hinkli  1981-ci ilin martın 30-da Donald Reyqana qarşı sui-qəsd törədib. O, prezidentə yaxınlaşaraq tapançadan 6 dəfə atəş açıb.  Hücum nəticəsində Donald Reyqan sinəsindən ağır güllə yarası alıb, insident nəticəsində daha 3 nəfər yaralanıb. Məhkəmə prosesi zamanı onun ruhi xəstə olduğu sübuta yetirilib və o ruhi xəstələr üçün ciddi rejimli dispanserdə məcburi müalicəyə məhkum edilib.   


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler