Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Resulzadenin iki gizli mektubu tapıldı – Fotolar

30 Eylül 2016

7:00 am


30/09/2016 [10:59]: xeber –
Məktublar ilk dəfə yayımlanır.”Azərbaycan mühacirət irsinin araşdırılması” layihəsinin müəllifi Dilqəm Əhməd Azərbaycan Cümhuriyyətinin lideri, Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadəyə aid iki məktub əldə edib. Bu məktublar Türkiyədən tapılıb və ilk dəfə yayımlanır.Polşadan Məhəmməd Əli Rəsulzadəyə (əmisi oğluna-red.) və Abbasqulu Kazımzadəyə (dostuna-red) göndərilmiş məktublarda Məhəmməd Əmin Rəsulzadə sağlamlığı barədə məlumat verir. Hər iki məktub 1932-ci ildə yazılıb. Məktublar “Bakcell” şirkətinin maliyyə dəstəyi hesabına əldə edilib. Birinci məktub-açıqcaMur M.Ali Bey.Kurtuluş, Bozkurt yakası № 41.İstanbul (Turquie)14/VII/32Azizim!Ayın 2sinden itibaren Lehistanın (Poşanın – D.Ə) bu şirin ve gözel mesiresinde (parkında D.Ə) istirahatta ve tedavideyim. Sizlere selam. Doktorlar tam istirahat talep ettiklerinden uzun yazmıyorum. Afv et.M.Em. İkinci məktub-açıqcaKazımzade Abbas BeyBeyazitte, Havuz karşısında “Azerbaycan” kırtasiye mağazasında.İstanbul (Turquie).8/VIII/32Azizim Abbas Bey!25 ve 28/VII tarihlimektuplarını aldım. Verdiğin hoş haberlere teşekkür ederim. Ayın 20sine kadar buradayım; eger havalar düzelse. Çünkü 5 gündür bozuldu, şimdi açılıyor. Sihhatim: İştiham mükemmel, yukum eyi, şeker sıfır, rengim yanık, gözlerim ferlidir (işıqlıdır – D.Ə.) . 2 kilo da artmışam. Bir-iki kilo da alırsam yeter. İçmekte olduğum su naftuşadır. Nefit kokuyor. Neft-su.Mirza Bey yakin ki kartını almıştır.Arkadaşlara selam. Öperim seni.M.Em. (teleqraf.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler