Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Resulzade-Elçibey yolu her kişinin yolu deyil”

24 Haziran 2016

7:00 pm


24/06/2016 [22:59]: xeber –
Hətta korrupsiyaya bulaşmaqda ittiham olunan mövcud hakimiyyət də ölkə boyu bütün keçilməz yolları son 10 ildə sahmana saldı və asfaltladı, amma Rəsulzadə-Elçibəy yolu düzəlmədi ki, düzəlmədi. Bu yol yenə də daş kəsəklə doludur, tez-tez uçulub dağılır, gah sürüşmə bu yolun bir hissəsini aparır, gah sel. Görəsən bu yolun düzəlməsi üçün hansı texnologiyadan istifadə edilməlidir?sayt – ın əməkdaşı KXCP sədri Mirmahmud Mirəlioğluna verdiyi bu suala aşağıdakı cavabı alıb:“Onun üçün iman lazımdır. Onun üçün dürüstlük, halallıq  lazımdır. Bu yolu getməyə sədaqət və elə o qədər də cəsarət lazımdır. Təbii, bu yolda əziyyət, ölüm-itim də var. Bəyin özünün də məhşur deyimi vardı. Deyirdi ki, bu elə yoldu ki, öz yolçusunu gözləyir. Yəni bu yolda biri nəfəsini dərmək üçün dayanacaq, biri hara qədər gedəcəksə orda dayanacaq, ondan o tərəfə getməyə potensialı çatmayacaq. Neçə ki, milli istiqlalçılar 1993-cü ilədək gəldilər, 4 iyunda bitdi onlarınki, ondan sonra sadəcə adamlar var, AMİP adlı təşkilatın özü də yoxdur. Yadınızdadırmı Binəqədidə AMİP-in qəsri vardı, bəs indi nəyi var? Sözümün canı odur ki, Rəsulzadə-Elçibəy yolu hər kişinin yolu deyil. Bu yolda milyonlarla yolçu ola bilər, amma yolun sonuna çatmağa dizi və üzü olanlar elə tək tək olmalıdır”.   




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler