Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Resul Rza Füzulinin qebri üstünde ereblere bele kelek geldi – RUBRİKA

09 Temmuz 2016

4:04 pm


09/07/2016 [20:01]: xeber –
sayt “Yada düşər xatirələr” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfə Azərbaycanın xalq şairi, məsul vəzifələrdə çalışan ictimai xadim Rəsul Rza haqqında iki xatirəni oxuculara təqdim edəcəyik.Xatirələri şairin yaxın dostu olmuş Qasım Qasımzadə bir zamanlar məqalə şəklində qeyd edib:Rəsul Rzanın kələyi“İraqda olanda Rəsul müəllimin təkidi ilə Kərbəlaya gəldik. Buradakı bir əhvalatı olduğu kimi danışmaq istəyirəm: İmamların məqbərəsi və onun yaxınlığında “Dədə Füzuli”abidə-məzarı ətrafında qeyri-müsəlmanların dolaşması qadağan idi. Bu səbəbdən də akademik Ə.Əlizadə bizim qrupdakı turistlərin siyahısını tutub bələdçi ərəb Əhmədlə birlikdə bələdiyyə idarəsinə getdilər və orada müsəlmanların ziyarəti üçün icazə aldılar. Bundan sonra polis nəfəri avtobusun yanını kəsdirdi və müsəlman olmayanı yerindən tərpənməyə qoymadı. Buna baxmayaraq bizimlə İraqa səfər edən məşhur şərqşünas alim Klimoviç özünü azərbaycanlıların içərisinə salıb, əhli-müsəlman kimi qələmə verdi. Ziyarət zamanı iki ərəb həm Klimoviçə, həm də Rəsul Rzaya şübhəli-şübhəli baxırdılar. Çünki hər ikisinin gözləri göy idi, Klimoviçdə saç da sarıydı. Rəsul müəllimə yaxınlaşıb qoluna toxundum. Məsələn hali etdim. O, dərhal geriyə çevrildi və gülümsünərək arxasındakı ərəblərə “Əşhədü ənna la ilahə illəllah dedi”. Ərəblər də güldülər və “Əlhəmdüllah” deyərək cavab verdilər. Beləcə, Klimoviçin də canı qurtuldu”. Moskva həkimləri“1973-cü ilin dekabrında xəstəxanada onu yoluxmağa getdim. O, ağır yataqda gözlərini açıb-yumar vəziyyətdə, olduqca narahat çırpıntılar içində o yan-bu yana çevrilirdi. Göz qapaqlarını qaldırıb məni görəndə ilk sözü bu oldu:”uşaqdan nə xəbər var?”. Oğlum Fəxrəddinin həmin il Suriya-İsrail müharibəsində Dəməşqdə ağır şəraitdə olduğunu eşitmişdi və onun barəsində nigaran idi. Özünün belə ağır vəziyyətdə başqasının halına acıması məni kövrəltdi. Bir də eşitdim ki, Rəsul müəllimi Moskvaya aparıblar. Ondan ayrılanda güman edirdim ki, son görüşümüzdür. Bir aydan sonra yazıçılar poliklinikasında Rəsul müəllimi gördüm, xeyli arıqlamışdı. Möcüzə görürmüş kimi heyrətlə ondan soruşdum: Rəsul müəllim, bu sizsiz?Gülümsündü. Dedi ki, üçcə günü içində Moskvanın həkimləri xəstəliyin özünü və müaəlicəsini aydınlaşdırıb məni bu əzabdan qurtardılar.Anarın toyundakı qanun178-ci ilin yanvarında oğlum Fəxrəddinin toyuna Rəsul müəllimlə Nigar xanımı dəvət etdim. Onları “Səadət sarayı”nın pilləkənində qarşıladım. Rəsul müəllim yaxınlaşıb mənə balaca qutuda bir hədiyyə uzatdı. Almaq istəmədim.anarın toyunu xatırladım. O, özü zəng vurub məni “Dostluq” restoranına, anarın toyuna dəvət edəndə demişdi ki, hədiyyəsiz gəlin, əks halda hədiyyəniz əlinizdə qalacaq, qəbul edən olmayacaq”. Nigar xanı söhbətə qarışdı. Dedi ki, saatdı, Fəxrəddinə verərsən. Qoy ömrüm, günün qədrini bilsin. Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler