Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Respublikada dabaq xesteliyine göre epizootik veziyyet sabitdir

21 Haziran 2016

10:00 am


21/06/2016 [13:58]: xeber –
Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Qubanın dağlıq Buduq kəndində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yaylması və heyvanlar arasında tələfatın olması barədə məlumat verilmişdir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmış və hal-hazırda epizootik vəziyyət sabitdir.Kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Quba rayonunun Buduq kəndinnə ezam olunmuş, orada araşdırmalar aparılmış, təxminən beş gün öncə ölmüş 1 baş iribuynuzlu heyvan baytarlıq-sanitariya qaydalarına uyğun olaraq zərərsizləşdirilmiş və 3 baş xəstəliyə şübhəli iribuynuzlu heyvandan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə olunmaq üçün gətirilmişdir. Müayinələrin nəticələri barədə əlavə məlumat veriləcəkdir.Kənddə xəstəliyə şübhəli olan həmin 3 baş iribuynuzlu heyvan dərhal müalicəyə cəlb edilmiş və digər heyvanlar arasında müvafiq müalicə-profilaktika işləri həyata keçirilmişdir. Hal-hazırda heyvanlar arasında heç bir ölüm halı yoxdur. Xatırladırıq ki, respublikada olduğu kimi, Quba rayonunu Buduq kəndində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır.Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilmiş və əhali arasında maarifləndirmə işi aparılmışdır.Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyə nəzarət olunur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler