Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Respublika Gigiyena ve Epidemiologiya Merkezinde deyirmi masa

17 Ağustos 2016

9:36 am


17/08/2016 [13:34]: xeber –
17.08.2016-cı il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) fəaliyyətinə dair “Dəyirmi masa” təşkil olundu. Tədbirdə GEM-in “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənən istiqamətlər üzrə fəaliyyəti haqqında məlumat verildi. Qeyd olundu ki, Mərkəzin əsas fəaliyyəti ölkə əhalisinin sağlamlığını insanı əhatə edən mühit amillərinin mənfi təsirlərindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilmiş tədbirlərin təşkili və həyata keçirilməsindən ibarətdir. RespublikaGigiyena və Epidemiologiya Mərkəzi tabeliyində olan 74 şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri, 6 dezinfeksiya stansiyaları və 45 profilaktik dezinfeksiya şöbələrinin fəaliyyətinə təşkilati-metodik rəhbərliyi təmin etməklə geniş miqyaslı tədbirlərin həyata keçirilməsini təşkil edir. Ölkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətinin aparıcı qüvvəsi olan sanitariya-epidemioloji xidmətin dəfəaliyyətinin səmərəliliyinə öz müsbət təsirini göstərmişdir. Yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində, vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, ölkəmizdə epidemioloji sabitliyin təmin edilməsinə şərait yaranmışdır. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri baş verməmiş, epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilmişdir. 2009-cu ildən tətbiqinə başlanılan, Beynəlxalq Təşkilatlar tərəfindən yüksək dəyərləndirilən Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi keyfiyyətcə tam təkmilləşdirilərək, bütün yoluxucu xəstəliklərin qeydə alınması, epidemioloji vəziyyətin təhlil edilməsi, hətta rayon səviyyəsində yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində aparılan işlərin elektron qiymətləndirilməsinə imkan yaratmışdır. Yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklərdən ölüm və əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Yalnız son 5 il ərzində profilaktik peyvənd təqviminə B tipli hemofil infeksiyaya qarşı, pnevmokok əleyhinə vaksinlərin, 2016-cı ilin fevral ayından isə inaktivləşdirilmiş poliomielit vaksininin tətbiq edilməsi bu gün Azərbaycanda uşaqların, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na əsasən 2016-cı ilin aprel ayında Respublikanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinin istifadəsi dayandırılmış, ikivalentli OPV vaksinin istifadəsinə başlanmışdır. Ölkədə poliomielitdən azad statusun saxlanılması, qızılca və məxmərək xəstəliklərinin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər planı çərçivəsində əməli tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Tədqirəlayiq haldır ki, ÜST tərəfindən qızılca və məxmərək xəstəliklərinə qarşı Azərbaycanda aparılan tədbirlər yüksək qiymətləndirilmiş, qızılca və məxmərəyin ləğvi üzrə Avropa regional komissiyasının 26-29 oktyabr 2015-ci il tarixli iclasında Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyası elan edilmişdir. Malyariya əleyhinə aparılmış məqsədyönlü kompleks əksepidemik tədbirlərin nəticəsində malyariya ilə xəstələnmə səviyyəsi ilbəil azalaraq 2013-cü ildən etibarən yerli yoluxma halları qeydə alınmamış və Respublika ərazisində malyariyanın tam ləğvinə nail olunmuşdur. Qazanılmış nailiyyətləri əldə saxlamaq üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiyanın icrasına başlanmışdır. Aşqabad şəhərində isə 2016-cı ilin iyul ayında “Eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə yeni Bəyannamə qəbul edilmişdir. Kadrların hazırlığının təkmilləşdirilməsi sahəsində işlərə geniş yer verilmiş, son beş il ərzində gigiyena, epidemiologiya və laboratoriya ixtisasları üzrə 1110 həkim və 2000-ə yaxın orta tibb işçisi təkmilləşmə və ixtisasartırma kurslarını keçməklə, test imtahanlarını verərək sertifikat almışlar. Çoxsaylı yoluxucu xəstəliklərin profilaktikasında müstəsna əhəmiyyət kəsb edən su təchizatına sistemli dövlət nəzarətinin tam təmin olunması Respublika GEM-in qarşısında duran ən vacib fəaliyyət istiqamətlərindəndir. Su-kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində aparılan tədbirlərə böyük diqqət yetirilməsi bu sahədə sanitariya-epidemioloji xidmət orqanlarının fəaliyyətinin də genişlənməsinə səbəb olmuş,2010-2016-cı illər ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılmış, 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəylər verilmişdir. Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına sistemli nəzarətin bilavasitə Respublika GEM-in daha təkmil olan laboratoriyalarında həyata keçirilməsinə önəm verilir. Respublikanın bütün şəhər və rayon mərkəzlərindən hər rübdə içməli su nümunələrinin Respublika GEM-in laboratoriyalarında müayinələri təşkil olunur. Bundan başqa, Bakı şəhəri əhalisinin içməli su təminatı üzərində aparılan nəzarət Kür və Ceyranbatan Baş Su Təmizləyici qurğularında ayda bir dəfə,mərkəzi su anbarları və nasos stansiyalarından həftədə bir dəfə su nümunələrinin Respublika GEM-də laboratoriya müayinələrinin aparılması ilə həyata keçirilir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün kənd yerlərində içməli su mənbələrinin qeydiyyata alınması, onların sanitariya-mühafizə zonalarının müəyyən edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilmiş, 52 rayonun 2683 kəndində 3647 su mənbəyindən laboratoriya müayinələri təşkil edilmiş, 2835 su mənbəyinin vəziyyəti bilavasitə Respublika GEM-in mütəxəssisləri tərəfindən yerində araşdırılmış, 39 rayonda vəziyyət haqqında rayonların İcra Hakimiyyətlərinə təkliflər verilmişdir. Tədbirlər hazırda davam etdirilir. Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələlərinə nəzarət təmin olunmaqla aşkar olunmuş çatışmazlıqlar barəsində hər il Bakı şəhər İcra Hakimiyyətinin müvafiq icraçı qurumlarına təkliflər verilmişdir. Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə hər il çimərlik mövsümü dövründə laborator tədqiqat üsullarının tətbiqi ilə nəzarət aparılmış, Səbail rayonun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq həmin ərazilərdə çimərliklərin istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barəsində Respublika GEM-i tərəfindənqəbul edilmiş qərar qüvvədə saxlanılmışdır. Qida zəhərlənmələrinin və qida vasitəsi ilə baş verən infeksion xəstəliklərin profilaktikası məqsədi ilə qida təhlükəsizliyinin təmin olunmasına nəzarətin təşkili sahəsində geniş tədbirlər həyata keçirilmiş, yeyinti məhsullarının normativ sənədlərinin razılaşdırılması, məhsulların gigiyenik sertifikatlaşdırılması, qida təhlükəsizliyi sahəsində qanunvericilik bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində geniş və səmərəli fəaliyyət təmin olunmuşdur. Yeyinti məhsullarının təhlükəsizliyinə mikrobioloji və toksikoloji laboratoriya nəzarəti müasir beynəlxalq tələblər səviyyəsinədək yüksəldilmiş, həmin laboratoriyalar ən müasir avadanlıqlar və tam hazırlıqlı kadrlarla təmin olunmuşdur. Eyni zamanda əhali arasında sağlam qidalanma sahəsində bilik səviyyələrinin genişləndirilməsinə böyük ehtiyac duyulur. Belə ki, əhali arasında hələ də kütləvi qida zəhərlənmələrinin və hətta ölümlə nəticələnən botulizm hadisələrinin baş verməsi bu sahədə ciddi işlərin davam etdirilməsini tələb edir. Bu məsələdə kütləvi informasiya vasitələri tərəfindən əhalinin daha geniş biliyə sahib olması üçün tibb işçiləri, xüsusən gigiyenist və epidemioloqların tövsiyələrinin mütəmadi olaraq işıqlandırılması çox vacibdir.  Səhiyyə Nazirliyi Mətbuat Xidməti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler