Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Reşid Mahmudova qarşı haqsızlıq  – Ərdoğana göre

05 Ağustos 2016

2:28 pm


05/08/2016 [18:26]: xeber –

Azərbaycan Tibb
Universitetinin tanınmış müəllimi, tibb elmləri namizədi Rəşid Mahmudov sosial
şəbəkələrdə onun adından müəyyən fikirlər paylaşanlara öz etirazını bildirib.

R.Mahmudov
sayta açıqlamasında vurğulayıb ki, sosial şəbəkələrdə, xüsusən də “HamamTimes”
səhifəsində onun şəkillərinin üzərinə demədiyi fikirləri yazıb paylaşırlar:

“Mən heç kimdən
və heç nədən qorxmuram. Ancaq onu demək istəyirəm ki, bu paylaşımlar məni
ikiüzlü kimi göstərir. Çünki Türkiyədə çevriliş cəhdindən sonra mən elə sizin
saytınıza açıqlama vermişdim. Bildirmişdim ki, bir ziyalı olaraq Ərdoğanı, onun apardığı siyasəti dəstəkləyirəm. Ərdoğanın vətənini, xalqını sevən, Türkiyə
iqtisadiyyatını yüksəldən bir siyasətçi kimi qəbul etdiyimi demişdim. Vurğulamışdım ki, bu gün Türkiyə Ərdoğanın sayəsində borcu olmayan yeganə ölkədir. Həmin çıxışımın ardınca adımdan belə bir ifadənin
yazılması mənim ikiüzlü olduğum anlamına gəlir”.

R.Mahmudov bundan
sonra onun adından demədiyi sözləri yazanları məhkəməyə verəcəyini deyib:

“Əvvəl elə
bildik ki, o şəkli Publika.az saytı hazırlayıb. Saytla əlaqə saxladıq, onlar belə bir şey etmədiklərin dedilər. Sonra məlum
oldu ki, bu, “Hamamtimes”-in işidir. Sadəcə şəklimi Publika.az-dan götürüblər. Bunlar
məni məcbur edirlər ki, onları məhkəməyə verim. Axı belə şey etmək olmaz.
Onlara demədiyim sözləri, ağızlarına gələni yazmağa, mənim şəxsiyyətimə
toxunmağa kim haqq verib? Harda belə söz demişəmsə, gəlib sübut etsinlər, mən
sözümü açıq-aşkar deyirəm.

Bu tip hərəkətləri
görəndən sonra heç saytlara açıqlama vermək, hansısa məsələyə münasibət bildirmək
belə istəmirəm. Çünki nəsə deyən kimi dediyimin əksini yazırlar”.

Qeyd edək ki,
Rəşid Mahmudov Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsindən sonra,
17 iyul tarixdə sayta geniş açıqlama vermişdi. Həmin açıqlamasında o
Ərdoğanı dəstəkləmişdi.

Yazını bu
linkdən http://www.moderator.az/news/144774.html
oxuya bilərsiniz.

 

Tibb eləmləri namizədi Rəşid Mahmudovun nəzərdə tutduğu həmin şəkli təqdim edirik. Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler