Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rentgen aparatında çekilen DƏHŞƏTLİ FOTOLAR

25 Ağustos 2016

9:08 pm


26/08/2016 [01:06]: xeber –
1895-ci ildə alman alimi Vilhelm Rentgen tərəfindən kəşf edilən şüalar elə onun şərəfinə də adlandırıldı. Sonradan bu şüalarla çalışan xüsusi aparat da hazırlandı. Rentgen aparatı daha çox tibb sahəsində tətbiq edildi. İnsanın daxili orqanlarının işıqlandırılmasında yardımçı olan bu şüaların müsbət tərəfləri olduğu kimi, mənfi xüsusiyyətləri də yox deyildir. Hər halda, biz tibb və fizika elmlərinin işinə qarışmırıq. sayt Rentgen aparatında çəkilən qəribə fotoları təqdim edəcək. Bu fotolar insanın daxili orqanlarının nələrə qadir olduğunu əks etdirir:1-Çanaq hissəsindəki qaşıq- Rentgen aparatında müşahidə olunan qəribə mənzərələrdən biri də onurğa sütunun aşağı hissəsində, çanaq sümüyünə az qalmış xörək qaşığının görünməsi olub. Maraqlıdır, görəsən, xörək qaşığı bir insanın çanağına necə düşə bilib?!2-Mədədə butulka- Bir insanın şüşə butulkanı udması həqiqətənmi mümkündür?! Yəqin ki, Rentgen aparatında çalışan həkimlər  cihazda bu şəkli görən zaman bir-birilərinə bu sualı azı on dəfə veriblər. Amma istənilən halda, bu həqiqətdir.3-Qayçı-Bu Rentgen fotosundakı sualın cavabını tapmaq olar. Qayçının növündən də görünür ki, bu əməliyyat qayçısıdır. Həkim huşsuzluğu nəticəsində əməliyyat zamanı qayçı xəstənin daxilində qalıb və tikişin altında gizlədilib. Rentgen cizahı ilə işləyən həkimlər yəqin ki, öz həmkarlarının səhvindən xəcalət çəkiblər.4-Sancaq- Fotodan da göründüyü kimi qırtlaqdan kənarda olan sancaq Rentgen aparatının obyektivindən qaça bilməyib. Maraqlıdır, o sancaq necə udulub ki, qırtlaqdan kənara düşüb?


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler