Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rektor vezifesinden azad olundu

17 Ekim 2016

2:36 pm


17/10/2016 [18:34]: xeber –
Bu gün “Təfəkkür”  Universitetində tədbir keçirilib. Yığıncağı giriş sözü ilə açan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev səhhətində yaranmış problemlərlə əlaqədar öz xahişi ilə  bu ali məktəbin rektoru vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb. sayt xəbər verir ki, o səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb. M.Atakişiyev universitetin fəaliyyətində və inkişafında göstərdiyi böyük qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. O çıxışında universitetin yaran¬masında və formalaşmasında xidmətləri olanların hamısına təşəkkür edib. Tədbirdə çıxış edənlər universitetin inkişafı üçün göstərdiyi qayğıya görə Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Təhsil Nazirliyinə və ali məktəbin rəhbərliyinə minnətdarlığını bildiriblər, professor Müşfiq Atakişiyevə isə tezliklə səhhətinin yaxşılaşmasını arzulayıblar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler