Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rektor teyin etmek üçün “pullu” adam axtarırlar” – Hafiz Hacıyev

04 Temmuz 2016
3:08 pm


04/07/2016 [19:04]: xeber –
Ölkənin ictimai və təhsil sahəsində baş verənlərlə bağlı qalmaqallı açıqlamaları ilə yadda qalan, prezidentliyə 3 dəfə namizəd olmuş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə söhbətləşdik.- SSRİ dövründə partiyada “vurulan” şəxs Elmlər Akademiyasına gedirdi. İndiki zəmanədə də rektorluqdan azad edilən şəxs təhsil nazirinə müşavir olur. Buna münasibətiniz?- Azərbaycanda təhsil çox pis vəziyyətdədir. Artıq o həddə gəlib ki, Azərbaycanda təhsil alanlar orta məktəblərdə oxumurlar, yalnız hazırlıqlar sayəsində təhsillərini davam etdirirlər. Bu da ölkəmizdə xalqın maariflənməsinə maneə yaradır, gələcək nəslin millətə, dövlətə və dövlətçiliyə bağlılıqdan uzaqlaşmasına gətirib çıxarır. Təhsili, dünyagörüşü olmayan gənclik Azərbaycanı əldə saxlaya bilməz. Bunların hər birini düşünülmüş şəkildə edirlər ki, Azərbaycan xalqı, gənclik maariflənməsin, təhsil almasın. Sovet dönəmində bu cür şeyləri görmüşük. Nazir seçiləndə düşünürdük ki, görəsən, o necə adamdır? Küçədən keçənləri gətirib təhsil naziri qoyurlarsa, bu, təhsilimizə hörmətsizlikdir. Statistikaya nəzər salsaq, görərik ki, Azərbaycanda təhsil alanların sayı yarı-yarıya azalıb.Bu gün Təhsil Nazirliyində elə şəxslər toplaşıb ki, onların heç birinin təhsildən xəbəri yoxdur. Məsələn, ya çox gənclər, ya da yaşı keçmiş, təhsil sahəsindən qovulmuşlar. Sanki nazirlik “cərimə batalyonu”dur. Mən də müxtəlif adlar ala bilərəm. Sovet dövründə elmlər namizədi almışdım. İndi gördüm ki, vedrə daşıyanlar, təhsildən xəbəri olmayanlar gəlib 5-10 min manat verib professor adı alır, mənim də həvəsim azaldı. Bunu da qəsdən edirlər. Orta məktəblərdə ciddi təhsil alırdıqsa, universitetə də rahat qəbul olurdun. Amma indi məktəblərdə təhsil yoxdur. Bunun hamısı qohumbazlıq, dostbazlıqdan irəli gəlir. Elə yaxşı idisə, rektor qalıb işləyərdi. Sovetlər dönəmində belə şey yox idi. Təyinat məsələlərinin üstündən xətt çəkilməlidir. Seçim üsulu olmalıdır ki, ciddi uğurlar qazanılsın.- Nazirliklərdə qaynar xətlər demək olar ki, işləmir. Zəng edəndə bir-birinin üstünə yıxır məsələni və belə demək olar ki, süründürməçilik yaradırlar.- Bu boyda ölkənin Təhsil nazirliyinə bircə qaynar xətt nömrəsi veriblər. Gəlin, yoxlayaq görək, o nömrəyə düşmək üçün aylarla çalışmalısan. Zəng edəndə də, deyirlər, sizi birləşdiririk. Amma bilinmir kimə birləşdirir, hara birləşdirir. Bir dəfə Mikayıl müəllimə dedim ki, qoyduğun nömrəyə bircə dəfə zəng et, gör, nömrəyə düşmək mümkündürmü? Mən də nazir olmuşam və həmin müddətdə telefonları qəsdən yoxlayırdım. Öyrənirdim ki, şöbə müdirləri xalqa necə xidmət edir. Amma indi nazir də zəng etsə, nömrəyə düşmək mümkün deyil.- Rektoru prezident təyin edir və işdən çıxarır. Rektor Təhsil Nazirliyinin nəzdində deyil. Bu məqam təhsilin keyfiyyətinə necə təsir edir? Çünki hər ikisi demək olar, eyni səviyyəli şəxs sayılır və bu da özbaşınalığa gətirib çıxarır.- Elçibəy hakimiyyəti dövründə belə bir fərman vermişdi ki, rektorlar kollektiv səsvermə üsulu ilə seçilsin. Bizim dövrümüzdə Firudun Cəlilov nazir seçilmişdi və o, çox gözəl professor idi və təhsil sahəsini də yaxşı bilirdi. Amma indi rektor və naziri prezident təyin edir və hər ikisi də düşünür ki, onlar arasında heç bir fərq yoxdur. Bir-birinə hesabat vermə ənənəsi olmalıdır. Əgər rektor nazirlik qarşısında heç bir məsuliyyət daşımırsa, bu saymazlığa gətirib çıxarır. Rektoru kollektiv seçməlidir ki, uğur əldə edilsin. Azərbaycan Dövlət Aqrar Universitetinə milyonlarla manat vəsait yatırılır ki, yaxşı təhsil və mütəxəssis qazanılsın. Amma bircə nəfər baytar tapılmır ki, sahibkar 300-400 manat maaş verib işə götürsün. Auditoriyalara baxanda yüzlərlə tələbələr var, amma mütəxəssis tapılmır. Bu da təhsilin aşağı keyfiyyətdə olmasından qaynaqlanır. Əgər tələbə universiteti bitirib təsərrüfatda işləməyəcəksə, neyləyirik o universiteti?! Necə ki, bəziləri gedib rüşvət verib rektor, elmlər doktoru, professor adını alır, onların dərs dediyi tələbələr də savadsız kadr olur. Təhsilimiz artıq “tupik”ə dirənib. Bu haqda prezidentə də düzgün məlumatlar çatdırılmalıdır ki, lazımi tədbirlər görülsün. İlk növbədə bu məsələlərə təhsil naziri nəzarət eləməlidir. Amma nazir bilmir ki, ölkədə neçə məktəb var.- Dillər Universitetində 9 aydır, Turizm və Menecment Universitetində 2 həftədir, Mingəçevir və Lənkəran Dövlət Universitetlərində də müəyyən müddətdir rektor yoxdur. Bəs, bu cür “başsızlıq” universitetin idarəetməsinə və ümumilikdə təhsilimizin keyfiyyətinə necə təsir edir?- Təbii ki, bu məsələ təhsilimizə çox pis təsir göstərir. Görünür, axtarırlar ki, kimin pulu çoxdur, onu rektor qoysunlar. Təhsil sahəsi üçün pullu birini tapa bilməyiblər yəqin. Amma təhsil, hüquq mühafizə orqanlarını, “qocalar evi” olan nazirlər kabinetini də gəncləşdirmək lazımdır. Elə bir zəmanədir ki, yuxarılar idarə edə bilmir, aşağılar da yuxarıların idarəsində yaşaya bilmir. Aşağılar çalışır ki, xalq yaxşı yaşasın, yuxarılar da sovet təfəkkürü ilə idarə etməyə çalışır. Kommunist psixologiyası ilə xalqı idarə etmək mümkün deyil.- Azərbaycan Dillər Universitetində Hesablama Palatası 12 milyon manat yeyinti olduğunu aşkarlayıb. Eyni zamanda, Maliyyə Nazirliyinin Bakı Slavyan Universitetindəki araşdırmaları da yeyintilər olduğunu göstərdi. Bunlar təhsilə necə təsir edir? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülür?- Bir il əvvəl araşdırmalar oldu və rüşvətxorluq aşkarlandı. İş o həddə çatıb ki, rüşvəti manatla yox, dollarla istəyirlər. Bu gün çox anormal vəziyyət yaranıb ki, dövlətçiliyə xəyanət edənlər vəzifəyə gətirilib. Hakimiyyətdə belə bir qol var ki, xalqa dövlətə xəyanət edənlərin yaxşı yaşaya biləcəyini aşılamaq istəyir və deyir ki, siz də xəyanət edib yaxşı yaşayın. Bu, çox ciddi bir ideologiyadır. Çıxarılan rektorlardan hansı cəzalandırıldı? Nə qədər dostbazlıq və qohumbazlıq varsa, bu proseslər təkrarlanacaq və heç bir ciddi nəticə əldə olunmayacaq. Azərbaycanda kardinal dəyişikliyin vaxtı çatıb. Prezident İlham Əliyev bu cür böyük islahatlara başlamaq istəyəndə müəyyən qüvvələr buna icazə vermir, təxribatlar törədir.- Direktorlar, direktor müavinləri (zavuçlar) hansı yollarla işə qəbul olunur, bilinmir. Hətta qohumlarını da zavuç qoyanlar var. Bunlar nə dərəcədə təsir edir?- Təhsilli, təcrübəli insanlarımız çoxdur. Amma bir “kruq” var ki, ordan çıxa bilmirlər. Bu gün özü direktor olubsa, səhəri gün yoldaşı, qardaşı və digər qohumları direktor, “zavuç” olmalıdır. Birini pul alıb direktor qoyurlar, o da gedir öz qohum-əqrəbasını gətirir yanına. Belə bir “karusel” formasında anormal vəziyyət yaranıb. Buna görə, ciddi təhsil islahatları aparılmalıdır, kadr dəyişiklikləri olmalıdır.- Bir neçə universitet var ki, onların rektoru tez-tez dəyişib. Məsələn, Bakı Slavyan Universitetinin rektoru 2014-cü ilədək Kamal Abdulla idi. Sonra dəyişdirib Asif Hacıyev gətirildi. İndi də dəyişib Nurlana xanımı qoydular. Tez-tez rektor dəyişilməsi təhsilə nə dərəcədə təsir edir?- Təhsil onsuz yox səviyyəsindədir, belə hallar da çox pis təsir göstərir. Yeni gələn köhnənin sistemini bəyənmir, prorektorları və sistemi dəyişir. Qızıl medalla məktəb bitirənlər gedib qəbul imtahanında 200 bal toplaya bilmir, Slavyan Universitetini bitirən tələbə ingilis, rus dilini bilmirsə, hansı səviyyədən danışmaq olar?! Kimin pulu varsa, verir və onu da prezidentə elə formada təqdim edirlər ki, o da razılaşır. Bəzilərinə təhsil yox, sadəcə pul lazımdır. 1 milyonunu ver, get rektor ol. Sonra da gəlib verdiyi pulu geri qaytarmaq üçün rüşvət alır. Nurlana xanım məktəbdə hansı nailiyyət əldə edib ki, gətirib Slavyan Universitetinə rektor qoyublar? Universitetin professor heyəti, prorektor və digər savadlı şəxslər var, amma pul verən tapılmayıb deyə, başqa adamı rektor qoyublar. Bunlar ciddi təhlil edilməli məsələ deyil. Prezidentin xalq üçün canı yanır, əlindən gələni edir, amma ətrafı imkan vermir, ölkəni çapıb-talayır. Təhsil islahatları bu sahənin mütəxəssisləri tərəfindən həyata keçirilməlidir, rektorlar seçki üsulu ilə seçilməlidir. Elə olsa, məktəb direktoru gəlib universitetdə rektor təyin olunmaz.- İnternetdə yayılan məlumatlara görə, bu günlərdə Təhsil Nazirliyinin tərkibində Təhsilin Keyfiyyətinə Nəzarət üzrə Akreditasiya və Nostrifikasiya İdarəsinə Samir Vəliyev rəhbər təyin olunub. Məlumatlarda qeyd olunur ki, o, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğludur. Ə. Vəliyev haqqında da internet mediada qalmaqallı iddialar yer alıb. Samir Vəliyevin Odlar Yurdu universitetində həm prorektor, həm də atası Əhməd Vəliyevin “kassiri” olduğu qeyd edilir. Sonra “Peşə və orta ixtisas təhsili məktəbləri” sektoruna müdir təyin olunub. Qeyd olunur ki, daha sonra Samir Vəliyev nazir Mikayıl Cabbarov tərəfindən yarıtmaz fəaliyyətinə görə işdən kənarlaşdırılır. Adları qalmaqallarda və problemli məsələlərdə hallanan şəxslərin təhsil sistemində çalışması nə dərəcədə doğrudur?- Sistem başdan ayağa dəyişdirilməlidir. Birini çıxarsalar, digəri növbədə gözləyir ki, pulunu versin vəzifəyə gəlsin. Yenə də deyirəm ki, təhsilin başında dayanan adamın təhsildən anlayışı yoxdur deyə, təhsilimiz bu gündədir. Ona görə də, uyğun olmayan şəxslər rektor, prorektor, müavin olur və nəticədə, keyfiyyət aşağı düşür. Ümumi götürsək, təkcə bu şəxslər yox, əksəriyyət rüşvət alır. Bir nazirin maaşı 1750 manatdır, amma milyonlarla manat dəyərində olan villalar alır. Hansı pulla? Halal pulla milyon manatlıq villa almaq olmaz.- Bir sıra müəllimlərə fəxri adlar verilir. Belə bir iddia var ki, hər zaman eyni “dairədən” olan müəllimlər bu adlarla mükafatlandırılır. Amma uzun illər əziyyət çəkən,imtahandan yüksək bal toplayan, lakin tanışı olmayan müəllimlər “adsız” qalır.- Bir neçə gün əvvəl kimya sahəsi üzrə fəxri ad alan müəllimlərdən biri ilə görüşmüşdüm. Məni çox təriflədi ki, hər zaman doğruları deyirsiniz və s. Bircə kəlmə soruşdum ki, Mendeleyev cədvəlini bilirsənmi? İnanın, bilmədi. Əməkdar müəllim adı alan şəxs sahədən anlayışı olmayan müəllimə də o adı təhsil naziri verir. Belə bir deyim var, balıq başdan iylənər.- Əvvəl məktəblərdə şagirdlər qiymət sistemi ilə oxuyardılar. Hal-hazırda həvəsləndirici xüsusiyyətə malik qiymətlər qeyri-kafi, kafi, əla və s. -ilə əvəzlənib. Bunlar şagirdlərin dərsə marağına necə təsir edir? Çünki 3 alan çalışırdı ki, 4-5 alsın, amma belə olduqda, 3 alan kafi sayılır və 4 alan da kafi sayılır deyə, o qədər maraq göstərməyə bilir. Ümumiyyətlə, qiymətin aradan götürülməsi maarifsizləşməyə gətirib çıxara bilər?- Əgər şagird məktəbdən normal təhsil ala bilmirsə, qiymətlərin sözlərlə əvəzlənməsi mənasızdır. Təhsili təhsil verənlər korlayıb. Müəllimlər də şagirdləri öyrətməkdə çox maraqlı olmur. Çünki maaşlar çox azdır. Müəllim 150-200 manatla necə dolansın? Toya gedəndə maaşın yarısı çıxır. Bəs, o insan necə yaşasın? Normal maaş olanda təhsil də yaxşılaşır, müəllimin də təhsilə marağı və stimulu artır. Qiymətləri nə ilə əvəzləsən də, fərqi yoxdur. Nazirlikdə oturan cavanlar eyş-işrətlə məşğuldur. Ona görə də, bu cür mənasız məsələlər ortaya çıxır və təhsilin səviyyəsi aşağı düşür. Milləti gələcəyi məhv olub gedir.- Həkimlərin savadlılıq dərəcəsini necə qiymətləndirirsiniz? Sol ayaq yerinə sağ ayaq kəsmək, uşaqları dünyaya vaxtından əvvəl gətirmək… – Elə səhiyyənin də axırıdır. Əgər həkim xəstə ayağı qoyub, sağlam ayağı kəsirsə, o həkim başından güllələnməlidir. Mən danışanda deyirlər ki, Hafiz Hacıyev diktatordur. Yox. Bunlar hamısı saymazlıqdan, eqoizmdən, cəzasızlıqdan irəli gəlir. Həkim də bilir ki, ona heç bir cəza verilməyəcək, bu cür hadisələr artır. Tibb Universitetində savadlı tələbələr var, amma həkimlər yaşlıdır. Görəsən, həmin həkimin sağlam ayağını kəssək razı olar? Bütün sahələrdə qohumbazlıq var deyə, belə problemlər baş alıb-gedir. Bildiyim qədərilə, Salyanda üçəmlərin ölümü ilə bağlı heç bir tədbir görülmədi. Məsələn, Salyanın baş həkimi Əlibayramlıdandır deyə, hər gün dövlətin ayırdığı təcili tibbi yardım maşınları ilə öz rayonuna gedir, yerində tapılmır. Qəbuluna düşmək üçün ya pul verməlisən, ya da toyuq, toğlu aparmalısan. Mən də bu məlumatları Oqtay Şirəliyevə çatdıracağam ki, tədbir görülsün. Hər şeyin başında savadlı kadrlar dayanır.(admiral.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler