Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rektor Ədalet Muradov BVF ve DB-nin illik toplantısında iştirak edib

10 Ekim 2016

1:32 pm


10/10/2016 [17:31]: xeber –
UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru, professor Ədalət Muradov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun illik toplantısında iştirak edib. Ə.Muradov toplantıya hər iki təşkilatın birgə dəvəti ilə qatılıb.Xüsusi proqrama uyğun olaraq, Serbiya, Bosniya və Herseqovina, El-salvador, İordaniya, Anqola, Kot d`İvuar, Myanmar, İndoneziya, Kolumbiya və Azərbaycandan dəvət olunan akademik dairənin nümayəndələri BVF-nin icraçı direktoru K.Laqard (Christine Lagarde) və Dünya Bankı Qrupunun direktoru J.Kimin (Jim Yong Kim) iştirakı ilə bir sıra müzakirələrə qatılıblar.Oktyabrın 7-də keçirilən BVF və DB-nin illik toplantısında Ümumdünya Ticarət Təşkilatının baş katibi R.Azevedo bildirib ki, qlobal iqtisadi artım tempinin azalması ilə bərabər, ticarətdə maneələr artıb, proteksionizm güclənıb. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə iqtisadi artım qeyri-barəbər bölünüb. O bildirib ki, ilin sonuna qədər imzalanacağı gözlənilən Ticarətə Yardım Sazişi (Trade Facilitation Agreement) inkişafda olan bir sıra ölkələrin ticarət xərclərini 15 faizə qədər azaldacaq.BVF-nin icraçı direktoru K.Laqard, BVF yaradıcılarından olan C.Keynsden (John Maynard Keynes) “bir çox hallarda çağırış yeni ideyaların inkişafından daha çox köhnə ideyalardan uzaqlaşmaqdan ibarətdir” sitatını misal gətirərək, əsas prioritet kimi “dəyişən BVF və dəyişən dünya”, müasir texnologiyaların vacibliyindən danışıb. Rəqəmsal əsrə doğru inkişafı, inklüziv iqtisadi artımı təmin edən siyasəti və beynəlxalq əməkdaşlığı ön plana çəkib.J.Kim Dünya Bankının əsas məqsədinin dünyada mütləq yoxsulluğun aradan qaldırılması olduğunu vurğulayaraq, inklüziv, dayanıqlı və daha yüksək artım tempinin təmin edilməsi üçün daha böyük əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edib. Eləcə də, infrastruktur layihələrinin reallaşdırılmasının davam etdirilməsinin əhəmiyyətini bildirib.Səfər çərçivəsində bir çox müzakirələrdə iştirak edən UNEC rektoru, BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Qorçi ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilib. M.Qorçi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. Müzakirələr zamanı BVF-nin elektron kitabxanasına sərbəst çıxış imkanlarının yaradılması, BVF ilə UNEC-in birgə tədqiqatlar aparması, konfrans, seminar və dəyirmi masaların təşkili təklif edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler