Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rekorda imza atan “Nabat”ın daha bir uğuru…

14 Temmuz 2016

8:28 am


14/07/2016 [12:27]: xeber –
Bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən anım tədbirləri sırasına film nümayişi əlavə olunub. “Müharibə və sülh” adlı xüsusi beynəlxalq proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunan altı film dəvət alıb. Həmin filmlər arasında Elçin Musaoğlunun  Qarabağ müharibəsi mövzusunu əks etdirən “Nabat” bədii filmi də var. Ümumdünya sülh uğrunda mübarizə hərəkatının simvolu olan Xirosima qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri ənənəvi anım məkanı olan Xirosima Memorial Sülh Parkında keçiriləcək.sayt xəbər verir ki, film ingilis və yapon altyazıları ilə təqdim olunacaq. Nümayişlərdə faciə qurbanlarının qohumları, dövlət rəsmiləri, anım tədbirinin qonaqları və şəhər sakinləri iştirak edəcəklər.“Nabat” bədii filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırır.Qeyd edək ki, beynəlxalq premyerası Venesiya beynəlxalq kinofestivalında baş tutan “Nabat” bugünədək 30-dək xarici festivalda iştirak edib, on iki mükafata layiq görülüb.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler