Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rehile Xanım “Tüpürüm sizin komiteye” deyib getmişdi…

13 Temmuz 2016
8:52 pm


14/07/2016 [00:51]: xeber –
Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz—  moderator.az/news/144070.htmlDördüncü fəsil1980-ci ildə təyinat zamanı məni Mingəçevirə göndərirdilər. Düzdü orda qohumlar vardı, amma anam“yox” deyib durmuşdu. Mən də Bakıdan getmək istəmirdim. Tələbə yoldaşım, ermənistanlı  Qafar Çaxmaqlı deyirdi, “Bakı şirin şəhərdir, ondan qopmaq olmur.” Sonralar Qafar bu şəhərdən qopub Türkiyəyəgetdi, mən hələ Bakıdayam.  Qafarla bağlı bir söhbəti də yazım, bəlkəəhvalımı dəyişdirdi. Deməli, tələbəlikdə  bir gün bacımla Gəncə-Bakı elektrik qatarı ilə hansısa bayramdan paytaxta qayıdırıq. Qatar gedə-gedə qəfil açıq pəncərədən bizim vaqona nə isəatdılar, anındaca hər yanı tüstü bürüdü. Hamı çaxnaşmaya düşdü, tez o biri vaqonlara keçdik. Həyəcanla tüstülü vaqondan uzaqlaşmağa çalışırdım ki, Qafarın səsini eşitdim:-Fimar, hara gedirsən?-Bakıya…Sanki qatar, qatardakı Qafar Bakıya getmirmiş..Bəli, təyinat məsələsi qəlizləşəndə yenə Nəriman Əzimov araya girdi.Nəriman ƏzimovDekanımız, gözəl insan, mənim radio-televiziya kursu üzrə sevimli müəllimim rəhmətli  Tofiq Rüstəmovla danışdı. Onun məsləhəti, Azteleradio komitəsinin sədri Qurban Yusifzadənin razılığı ilə sədr müavini Tahir Paşazadə mənə tələbnamə verdi. “Bu tələbə 5 il bizimlə əməkdaşlıq edib, onun işindən razıyıq,  işlə təmin edə bilərik” şəklində. Tələbnamə işə yaradı. Mənim təyinatımı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə verdilər, amma işə götürmədilər, dedilər gözlə.Yenə pulsuz qalmadım. Gənclik, Uşaq redaksiyalarına veriliş hazırlayır, qonorar alırdım. Bu yerdə Tofiq müəllimə mütləq ayrıca yer ayırmalıyam. Televiziya, radio işini mənə Tofiq müəllim sevdirib, birinci kursdan AzTV ilə əməkdaşlığımı həmişə yüksək dəyərləndirib. Tofiq müəllim bizə nəzəriyyəni öyrədirdi, çox gözəl örnəklər gətirirdi, paralellər, təhlillər aparırdı. Sovet televiziya proqramlarının Qərb, Amerika televiziyalarından üstünlüyündən danışırdı. Deyirdi ki, Avropa televiziyalarında açıq-saçıq filmlər göstərirlər, gənclərin əxlaqını pozur, orda ailə məvhumu olmadığına görə televiziyalar kiçik yaşlarından uşaqları tək yaşamağa alışdırır, valideyn nüfuzunu qorumur, deyirdi ki, efiri pulla satırlar, orda verilişləri istədikləri vaxt kəsib reklam verirlər, pul qazanırlar, bu izləyicinin əsəblərini pozur, onun fikrinə təsir edir, reklam tamaşaçını aldatmaq üçündür və sair. Görəsən Tofiq müəllim indi bizim telekanallara necə qiymət verərdi. Tofiq RüstəmovMən onun dərsində həmişə birinci sırada əyləşirdim. Tofiq müəllim danışdıqca alnı puçur-puçur tərləyər, o tər üzündən süzülüb çənəsindən damcılardı.  Bizim diqqətlə izlədiyimiz bu mənzərəni Tofiq müəllim hiss etməzdi, bütün diqqəti dərsdə olardı. Tofiq müəllim avtomobil qəzasında həlak oldu, mən onun ölümüylə bağlı kədərimi yalnız oğlu, iş yoldaşım Abbas Rüstəmova bildirə bildim.1981-ci ilin aprelində (aprelə düşərlimi deyim, düşərsizmi) Uşaq redaksiyasında “Ulduz” proqramının redaktoru, hazırda iş adamı, oğlan ümidiylə dörd qız atası olan İnqilab Həsənli məni dəhlizdə görüb “bizim redaksiyada işləyərsənmi”-dedi. O bilirdi ki, mən Gənclik redaksiyasında işləmək istəyirəm. “İşlərəm”-dedim. İnqilab məni baş redaktor Rafiq Savalanın yanına apardı. Söhbətimiz alındı. Məni Rəhilə xanımın yerinə işə götürdülər. Rəhilə Nəcəfova çox hikkəli qadındı. Onun iş yerində hansı problemi olmuşdusa, “tüpürüm sizin komitəyə” deyib getmişdi. Belə dediyinə görə onu hamı qınayırdı. Mən də. Daha qınamıram.Həyatımın ən gözəl illərini, dəyərli məktəbini mən radionun Uşaq verilişləri redaksiyasında keçirdim,  gərəkən dərsləri orda aldım. Azərbaycan radiosu o zaman ən böyük məktəbdi. Deyilənə görə yenə də nələrsə qalıb. AzTV-də qalmayan, o biri telekanallarda olmayan dəyərlər. Radioda çalışdığım ilk illərdə məni Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin komsomol komitəsinə sədr qoymaq istəyirdilər. Rayon partiya komitəsindən gələn cavan nümayəndə partkomun otağında mənimlə söhbət etdi. Kənd məktəbini bitirən ali təhsilli, rus dilini bilən, partiyaçı, görkəmi normal olan gənc jurnalist qız seçməliyik-dedi. Sovetin qəribə tələbləri vardı. Mən bu tələblərə uyğun gəlirdim. Rus dilində suallar verdi, qəzet oxutdurdu. Bəyəndi, kənd məktəbinin məzunu olub rus dilində aksentsiz oxumağıma, vurğuları yerində işlətməyimə təəccübləndi. Dedim orta məktəb müəlliməm Kaçarina Anna İvanovnanın xidmətidir. Onda ruslar bizim “böyük qardaşımızdı”-cavabım partiya işçisinin xoşuna gəldi.  Söhbətin sonunda AzTV-də qohumum olub -olmadığını soruşdu. Dayım olduğunu dedim. Deyəsən işləri korladım. İlk dəfə dayım mənə mane oldu. Məni komsomol komitəsinə büro üzvü, radio komsomol təşkilatına sədr seçdilər.Teleradio komsomol komitəsinə orta məktəbi Bakıda bitirən, partkomda işləyən  Qərənfil Xəlilova seçildi. Və mən o arada büro üzvü kimi,“vicdanlı kommunist” olaraq televiziya komsomol təşkilatının işini yoxlayıb sədr, partiyaçı, indinin elmlər doktoru Qulu Məhərrəmliyə töhmət verdirdim. Gülməlidir, deyilmi? Gülməli olsa da Qulu Məhərrəmli o hadisəni heç unutmur, məni görəndə hələ də üzümə vurur. Bəlkə də bu üzdən zaman-zaman müxtəlif məsələlərlə bağlı xahişlərimdən birbaşa imtina etməsə də üstündən keçir. Bilmirəm, ola bilər xarakterindən irəli gəlir.Radioda ən böyük problemi mənə adım yaratdı. Türklərin bir sözü var: təzə eşitmişəm. Deyir, “odun alarsan-meşədən, dükan açarsan-köşədən, qız alarsan-Aişədən”. Yəni insan adına əhəmiyyətsiz məsələ kimi baxılmaz.  Gözəl ad ilk anda xoş təəssürat yaradır. Mən çox adamlı məclislərdə bir neçə yol adımı xatırlatmalı oluram. Bir məktəbdə saathesabı dərs deyirəm, tanışlıqdan sonra adımı tələbələrin dəftərinə yazdırırzm. Təzə işləyən zamanlar telefonda kimsə adımı düzgün anlamırdı, doğru tələffüz etmirdi. F-nı hamı S kimi başa düşürdü. Açıqlama verməli olurdum; F-Fəridə, İ-İnqilab, M-Moskva, A-Asim, R-Reyhan. Otaqdakılar gülüşürdilər. Tanış olduğum hər kəs adımın mənasını soruşurdu. Deyirdim adımı atam qoyub, qardaşımın (Firuq) adından birinci, böyük bacımın (Xumar) adından ikinci hecanı götürüb birləşdirib, ad qoşub. Olub qız adı. Google-də Fimar yazanda qəribə-qəribə fimarlar çıxır. Şirkət adları. Yaşın fərqi olmasa da Azərbaycanda Fimar adında ən  yaşlı vətəndaş mənəm.  (Şəbnəm xanım Tapdıqın  sözü olmasın). Məndən sonra iki-üç Fimarın sorağını almışam. İkisi atamı tanıyan adamlardı, onun xətrinə övladlarına belə qondarma ad veriblər. Bir -iki il qabaq Türkiyəyə getmişdim. Türk sərhədçisinin pasportumu alıb yoxlamağıyla qaytarmağı bir oldu: “Abla, Türkiyede bir tane de cezalı Fimar yok”. Dedim, “abi, Türkiyədə heç cəzasız Fimar da yok”! Gülüşdük. Ənvər deyirdi ki, Fi-yüz deməkdir, mar da mardır, yəni ilan. Yüz ilan. Sonra da məni cırnatmaq üçün əlavə edirdi: ƏFİMAR, yəni zəhərli ilan. Hardasa haqlıydı da, mar ilandı ki ilan. Bəzən xarakterimdə özünü göstərir. “Quyruğumu” basan olmasa susmağa səbrim yetər. Ənvərlə bizim sevməzliyimiz qarşılıqlı idi. Amma mən yüz ilan olub onu çalmadım, o Ənvər (çox işıqlı, çox parlaq) olub məni qaranlığa düşürdü.Mən ilk dəfə o uzaq 80-ci illərdə Barış Mançonun kommunist düşüncəsinə yad “Arkadaşım eş, arkadaşım eşşək” mahnısını radoda baş redaktor Rafiq Savalanın yanında eşitdim, təzə türmədən çıxan Hacı Əbdülü (məhşur “Hacıleylək gəlib sizi bircə-bircə dənləyəcək” ifadəsinin  müəllifi) onun yanında tanıdım. Oxuyacağını ağlım kəsmir, xəbər çatdırsalar  inciməsin, 80-ci illərin Rafiq Savalanının, 90-cı ilin mübariz insanının on illər sonra eşşəklərlə “arkadaş” olmasını heç sinirə bilmədim. Bu günəcən xətrini əziz tutduğum İnqilab Həsənli hər dəfə Nazim Hikmətin “Mən bir ceviz ağacıyım Gülhanə parkında, Nə sən bunun farkındasan, nə polis farkında”misralarını səsləndirəndə Xaliqin əsəbdən əlindəki qələmi yerə qoyub otaqdan çıxmasından ləzzət aldım. İş yoldaşlarım Qaçay Köçərlinin, rəhmətlik Eldar Baxışın şeirlərini oxudum, “sözü niyə içimdə saxlayım ürəyim ağrısın” deyən İnqilabın zarafatla onlara “QaçKöç-ElBax interneyşnl agentliyi” deməsinə güldüm, qazaxlı xanım Südabəyə“ qırx”  yerinə“qırıx”deməyi tərgidə bilməməkdən bezdim, rəhmətlik Sona xanımın pensiyaya çıxandan sonra pulu 10 manat artsın deyə daha altı ay işləmək zorunda qalıb o altı ayın içində dünyasını dəyişməsinə kədərləndim. Sona xanım ailə qurmamışdı, onu yerdən musiqi ilə götürdülər. Bunu da ilk dəfə Bakıda gördüm.Rəfiqə xanım, Sona xanım, Rəhilə xanımRəhmətlik Rəfiqə xanımın “ay qız, bəsdir, Bülbülün mahnılarına qulaq asmaqdan bezdik, Xaliqə yazığın gəlsin, çıx get ərə, jurnalist olmaqdan qabaq ana olmağa çalış” məsləhətinə əməl etdim. O zarafatla deyirdi ki, “yaraşığına güvənmə, yaş keçir, Xaliqə getməsən sonra səni alan olmayacaq. Odey, qalmışdım evdə. Bir də gözümü açıb gördüm yanımda qara Əlibaladan savayı heç kim qalmayıb, tez qamarladım”. Əlibala sürücü idi, Rəfiqə xanım jurnalist. O sürücü o jurnalstə, o qara Əlibala o ağappaq Rəfiqəyə nələr çəkdirdi, biz bilirik.  Rəfiqə xanım deyirdi: ev mənim adıma, maşın mənim adıma, uşaqlar mənim adıma, Əlibala da mənim adıma…Kollektivə təzə isinişirdim ki, sədr Qurban Yusifzadə öldü. Mən çox təsirləndim. Halımı hiss edən şöbə müdirim rəhmətlik (rəhmətliklər yaman çox oldu, Allah o dünyalarını versin) Kamran Mehdi “nə olub, müəllimə”-dedi.-Qurban müəllim öldü, bəs indi biz neyləyəcəyik?-Heç nə.  Sədrin kim olmasının bizə aidiyyatı yoxdur, biz eşşəyə palanıq.  Mən beş-altı sədr yola salmışam. Qorxma.Mən onda da bilmirdim, yenə də bilmirəm belə məqamlarda eşşək olmaq yaxşıdır, yoxsa palan. Yəni eşşək olub kef içində ölmək, ya palan olub palçıqda sürünmək. Mən eşşəklərin qəzəbinə gəldim, palanlığımdan oldum. 27 il ərzində 7 sədrlə işlədim. Ancaq cibləri üçün çalışan o insanların heç birini sevmədim. Heç birinin işdən çıxmasına təəssüflənmədim. Ölənlərin ölməsinə kədərlənmədim. Niyəsini açmağa gərək görmürəm. Bircə onu deyim; gerçəkdən, hər gələn sədr gedənin atasına rəhmət oxutdurdu. Bunu günü bu gün AzTV-də kimdən soruşsanız təsdiqləyər. Ən zalımı hələlik sədrlərin sonuncusu, komsomoldan tanıdığım Arif Alışanov oldu. Sədr olana qədər çox yaxşılıqlar etdi, kresloya yetən kimi etdiklərini adamların burnundan gətirdi. Qırx illik dostluqlara arxa çevirdi, yaltaqlardan, qohumlardan və gənc xanım kadrlardan ətrafına çəpər hördü.Qəzəb sevginin qarşılıqsızlığından yox, nifrətdən yaranır.  Mənim sevgimi nifrətə onlar döndərdilər, qəzəbi onlar yaratdılar.Radioda işləyərkən ailə qurdum. İş yoldaşım Xaliq Hacıyevlə evləndim.O zamanların jurnalisti, şairi, bu günün keçmiş hərəkatçısı, tanınan yazarı Xaliq Bahadırla. Onda 1985-ci il idi.  1993-cü il olsaydı… Şərtlər dəyişərdi. Davamı 16 iyulda




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler