Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Region Genclerinin Əmekdaşlıq Forumu” layihesi yekunlaşdı

27 Haziran 2016

1:20 pm


27/06/2016 [17:19]: xeber –
“İrəli” İctimai Birliyi və “Regional İnkişaf “İctimai Birliyi təşkilatçılığı,  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsi  yekunlaşdı.   Layihənin növbəti  günlərində Regional İnkişaf İctimai Birliyi nümayəndələri gənclərə təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat vermişdir.Gənclərlə birgə müzakirələ həyata keçirilmiş və iştirakçıların sualları əməkdaşlar tərəfindən cavablandırılmışdır.  Gəncə şəhər Gənclər evində keçirilən təqdimatdan sonra  iştirakçılara müxtəlif  mövzularda təlimlər keçirilmişdir. Gənclərin praktik bilgilərinin artırılması məqsədilə  keçirilən təlimlərdə  Eldəniz Əsədov, Niyazi Qasımov və Nigar Ələsgərova  təcrübə və biliklərini  iştirakçılarla bölüşdülər. Sonda isə gənclərlə birgə əməkdaşlıq mövzusunda müzakirələr həyata keçirildi. Gənclər öz ideyalarını, istəklərini bildirərək, bu ideyaların həyata keçirilməsi üçün müəyyən məsləhətlər, biliklər əldə etmiş oldular.Layihənin əsas məqsədi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən «Gənclər Ev»ləri və “Gənclər Mərkəz”ləri yerləşən regionlarda, bölgələrdə gənclərin  şəxsi inkişafına təkan vermək, “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq gənclərin üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan  ibarətdir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler