Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Referendumun tarixini prezident açıqlayacaq

25 Temmuz 2016

10:44 am


25/07/2016 [14:42]: xeber –
“Referenduma dəyişikliklərin parlament qarşısında müzakirəsi də vacib sayılır. Çünki parlament qanunverici orqandır. Konstitusiyaya dəyişiklik də qanunun bir formasıdır”.Bunu  millət vəkili Aydın Mirzəzadə konstitusiyaya ediləcək dəyişiklilər layihəsinin parlamentdə müzakirə olunması məsələsinə münasibət bildirərkən deyib.O qeyd edib ki, parlamentdə də dəyişikliklər layihəsinin müzakirəsinə ehtiyac var: “Belə olan halda parlament bunu müzakirə etməyə və mövqeyini bildirməyə hazırdır. Parlament deputatlarının əksəriyyəti mətbuatdan məsələyə münasibət bildiriblər və dəyişiklikləri dəstəyiblər”.Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.Xatırladaq ki, referendumun keçiriləcəyi tarix prezident tərəfindən təyin olunacaq.(Qafqazinfo)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler