Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Referendumun neticeleri problemlerimizi daha çevik formada hell etmeyimize sebeb olacaq”

27 Eylül 2016

10:08 am


27/09/2016 [13:54]: xeber –
Dünən Azərbaycan konstitusiyasına dəyişiklik edilməsinə dair Referendum baş tutdu. Referendumda iştirak edən seçicilərin 90% -ə qədəri qanun layihəsinə təklif olunan dəyişiliklərə “hə” dedi. Yeni Azərbaycan Partiyasının millət vəkili Aydın Mirzəzadə sayt-a açıqlamasında referenduma münasibət bildirib:“Referendum yüksək fəallıq şəraitində keçdi. 66% – ə qədər seçicilərin gəlməsi, 91% seçicinin dəyişiklərin leyhinə səs verməsi insanların bu qanun layihəsinə dəstəyinin bariz nümunəsidir. Referendumdan öncəki təbliğat kampaniyasında hər şey tam qanuni keçirildi. Referendumun tərəfdarları və əleyhdarları fikirlərini açıq formada insanlara çatdıra bildi. Bu bir daha onu göstərdi ki, Azərbaycanda demokratik cəmiyyət formalaşıb. Hesab edirəm ki, konstitusiyamıza edilən dəyişiliklər bundan sonra problemlərimizi daha asan, çevik formada həll etməyimizə səbəb olacaq.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler