Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Referendumqabağı KİV-ler melumatlandırıldı – Fotolar

31 Ağustos 2016
10:32 am


31/08/2016 [14:30]: xeber –
Bu gün Bakıda Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.KİV rəhbərlərinin də iştirak etdiyi tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-na təyin olunmuş referendumla bağlı MSK-nın Təqvim Planının hazırlandığını bildirib.Onun sözlərinə görə, referendumda əsas tərəflərdən biri KİV nümayəndələridir. Çünki bu tədbirlərdə bütün referendum subyektləri arasında əsas rol KİV-in üzərinə düşür. Bütün ölkəmiqyaslı tədbirlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianı əvəz edəcək digər bir vasitə yoxdur. Bu baxımdan bugünkü tədbirə xüsusi əhəmiyyət veririk.“Seçkilərdə ən əsas tərəflərdən biri kütləvi informasiya vasitələridir, çünki ölkə miqyasında keçirilən tədbirlərin məğzi ondan ibarətdir ki, bunlar ictimaiyyətə çatdırılsın. Yəni, Mərkəzi Seçki Komissiyasının tərəf müqabili mediadır. Biz buna xüsusi diqqət yetiririk”.Tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisiƏli Həsənov bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Referendum Aktı layihəsi barədə məlumat verən Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir.“25 illik müstəqillik dövründə Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb. Seçki və referendumların keçirilməsinə bilavasitə məsul olan MSK özünü təsdiqləmiş qurum kimi formalaşıb”, – deyən Prezidentin köməkçisi bu proseslərdə medianın iştirakının yüksək səviyyədə təmin edilməsinin dövlətin marağında olduğunu vurğulayıb.“1995-ci ildə Konstitusiya qəbul olunub, 2002 və 2009-cu ildə keçirilən referendumda əlavə və dəyişikliklər edilib. Konstitusiya dünyanın heç bir ölkəsində doqma sayılmır və zamanla müvafiq dəyişikliklər edilib. ABŞ və Fransa Konstitusiyalarına da çoxlu dəyişiklik olunub. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəmdədir. Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi ilə bağlıdır”.Əli Həsənov qeyd edib ki, konstitusiyaya dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar.“Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institut kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır”.Azərbaycan prezidentinin köməkçisi referendumun azad, şəffaf keçirilməsində KİV-in də üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib: “KİV referendumqabağı təşviqatda aktiv olmalıdır, bu, Azərbaycan dövlətinin marağındadır. Təşviqat prosesində KİV-in rolu və vəzifələri Seçki Məcəlləsində, “KİV haqqında” qanunda əksini tapıb. Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddırlar, onlar MSK və dairələrdə akkreditə olunmadan istənilən seçki məntəqəsində prosesi müşahidə edə bilərlər. Əsas odur ki, jurnalistlər referendumla bağlı müxtəlif mövqeləri, o cümlədən prosesə tənqidi münasibət bildirən siyasi partiyaların, vətəndaşların mövqelərini işıqlandırmalıdır”.Heydər Əliyevin mətbuat üzərində senzuranı aradan qaldırdığnı, Mətbuat Nazirliyini ləğv etdiyini qeyd edən Ə. Həsənov Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını, ötən dövr ərzində mətbuata 30 milyon manatdan çox yardım göstərildiyini bildirib: “Əlavə yardımları da nəzərə alsaq, KİV-ə yardımın ümumi məbləği 40 milyon manata çatır”.Ölkədə real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq fəal internet resursunun olduğunu deyən Ə. Həsənov bildirib ki, əhalinin hər 1000 nəfərindən 767-nin internetə çıxışı var.Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovmedianın cəmiyyətdə rolunun getdikcə artdığını, xüsusilə seçkilər və referendumlar zamanı onun üzərinə daha məsuliyyətli vəzifənin düşdüyünü diqqətə çatdırıb. O, MSK ilə KİV arasında sıx əməkdaşlığın qurulduğunu vurğulayıb. İndiyədək seçkilərin və referendumların işıqlandırılmasında KİV-lə bağlı hansısa problemin yaranmadığını qeyd edən N.Məhərrəmov referendumqabağı təşviqatda da hər hansı problemin ortaya çıxmasını gözləmədiklərini söyləyib. Şura sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan da söz açıb.Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək diqqətə çatdırıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı bir sıra işlərin görülməsi vətəndaş cəmiyyəti qurumu olaraq Mətbuat Şurasının qarşısında duran əsas fəaliyyətlərdəndir. Mətbuat Şurası Azərbaycanda keçirilən seçkilərdə və referendumlarda iştirak edərək böyük təcrübəyə yiyələnib. Ötən illərin seçki prosesləri zamanı səsvermə prosesinin işıqlandırılması, seçki maarifləndirməsi, informasiya təminatı və sair istiqamətlərdə bir sıra addımlar atılıb. O, əmin olduğunu bildirib ki, referendum zamanı mətbuat nümayəndələri səsvermə ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə, dövlət və vətəndaş cəmiyyəti qurumları ilə qarşılıqlı, faydalı əməkdaşlıq sayəsində ictimaiyyətin obyektiv informasiya ilə təminatına, səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılmasına, səsvermənin şəffaf, ədalətli keçirilməsinə öz töhfələrini verəcəklər.Daha sonra MSK-nın sədr müavini Natiq Məmmədovun“Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri. Ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr” mövzusunda məruzəsi dinlənilib.Tədbir müzakirələrlə davam etdirilib.Müzakirələr zamanı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Seçki Məcəlləsində onlayn media məsələsi əksini tapmalıdır.“Onlayn mediada fəaliyyət göstərənlər jurnalistdirlər, onlar bu baxımdan məsuliyyət daşıyırlar. Onların hüquqları da digər orqanlardakı jurnalistlər kimi eynidir”.Prezidentin köməkçisi qeyd edib ki, qanunlarda onlayn media kütləvi informasiya vasitəsi sayılır: “Onlar qanunu pozursa, dövlət orqanları həmin qanunvericilik çərçivəsində tədbir görür. Bu, Seçki Məcəlləsində də əksini tapmalıdır”.Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın, beynəlxalq qurumların nümayəndələri, KİV rəhbərləri və təmsilçiləri iştirak ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler