Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Referendumla bağlı teşebbüs qrupu yaradılıb – Sumqayıt Belediyyesinde

01 Ağustos 2016

12:48 pm


01/08/2016 [16:46]: xeber –

Bu gün Sumqayıtda Azərbaycan Respublikasının
Konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar
olaraq Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə yığıncaq keçirilib.
Yığıncaqda bələdiyənin üzvləri, aparat işçiləri, məhəllə komitələrinin nümayəndələri,
şəhər Ağsaqallar Şurasının üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Toplantıda Referendumun keçirilməsinə dəstək məqsədi ilə təşəbbüs qrupu yaradılıb
və Sumqayıt Bələdiyyəsindən referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq
üçün nümayəndələr seçilib.

Çıxış edən Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov bildirib
ki, təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion
təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və
bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir.

Daha sonra çıxış edən bələdiyyə və 
şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, bələdiyyə üzvləri Akif
Kərimov, Fəxrəddin Rəhimov, bələdiyyə komitəsinin sədrləri Mirzağa İsgəndərov,
Nadir Həsənov və başqaları sumqayıtlıların bu referendumda aktiv iştirak edəcəyini,
dövlətimizin maraqları mövqeyindən çıxış edərək öz münasibətlərini  ifadə edəcəklərini bildiriblər.

Daha sonra səsvermə ilə 58 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu
yaradılıb və təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndə
müəyyənləşdirilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler