Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Referendumdan sonra her şey deyişecek” deyenler susurlar”

06 Ekim 2016

9:08 am


06/10/2016 [13:05]: xeber –
“Əhalini aclığa aparan xəbərlər bir-birini ildırım sürəti ilə əvəzləyir. Onsuz da yoxsul olan əhali aclığa sürüklənir. Bunun fəsadlarını isə sanki heç kim görmür. Ən dəhşətlisi isə qiymət artımı deyil, gündə bir bankın bağlanmasıdır”.sayt xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” statusunda yazıb.O, yazıb ki, bağlanan banklarda isə pulların batacağı heç kimdə şübhə doğurmur.“Standardbank” ilə bağlı baş verənlər ağılsızlığın pik nöqtəsi idi. İqtisadçı olmasam da gördüyüm odur ki, ölkədə ən etibarlı, populyar, yüz minlərlə müştərisi olan bir bankın bağlanması bank sisteminin çökdürülməsidir. “Standardbank”da əmanət batandan sonra kimlər “Turan”, ”Muğan”, yaxud, başqa bankda pul saxlayacaq?!Heç kim! İndi bütün banklarda olan əmanətlər geri çəkiləcək. Belə olan halda isə iqtisadi inkişafı demirəm, bazardan da söhbət gedə bilməz. “Referendumdan sonra hər şey dəyişəcək”… deyənlər isə susurlar”-deyə, o, daha sonra yazıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler