Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Referendumda “exit-poll” keçirecek yerli ve beynelxalq teşkilatlar qeyde alındı

07 Eylül 2016

1:36 pm


07/09/2016 [17:34]: xeber –
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.İclasda Konstitusiyaya dəyişikliklə əlaqədar sentyabrın 26-a təyin edilmiş referendumda “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların müraciətlərinə baxılıb.MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, “Els” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsində 400 seçki məntəqəsində, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 100 seçki dairəsi üzrə 450 seçki məntəqəsində, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118 seçki dairəsi üzrə 152 seçki məntəqəsində “exit-poll” keçirmək üçün müraciət edib.MSK “exit-poll” keçirmək istəyən bu təşkilatları qeydə alıb.(APA)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler