Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Referendum xalqın öz lideri etrafında sıx birleşdiyini gösterdi”

27 Eylül 2016

7:56 am


27/09/2016 [11:55]: xeber –
Millət vəkili Rövşən Rzayev sayt-a açıqlamasında dünən
keçirilən referendumu şərh edib. Referendumun şəffaf və demokratik şəraitdə keçirildiyini
diqqət çəkən millət vəkili, insanların konstitusiya dəyişikliyi ilə bağlı
ortaya qoyduğu mövqeyin də tədiqəlayiq olduğunu vurğulayıb:

“Bu referendum bir daha göstərdi ki, Azərbaycan xalqı öz liderinin ətrafındadır.
Ölkə başçısının, möhtərəm prezidentin sərəncamına əsasən referenduma çıxarılan
bütün məsələləri Azərbaycan xalqı demək olar ki, yekdilliklə dəstəklədi. Bu,
çox böyük bir uğurdur. Bu, həm ölkəmizin gələcək inkişafı baxımından da mühüm əhəmiyyət
kəsb edir. Keçirilən referendum həmçinin ölkəmizin demokratik-hüquqi dövlət
olduğunu bir daha dünyaya sübut etdi.

Referendum dünyanın əksər ölkələrindən gələn müşahidəçilərin göz
qarşısında tam şəffaf şəkildə keçirildi. Hansı ki, bu seçkiləri veb kameralar
vasitəsi ilə dünyanın bütün ölkələrində izləmək mümkün idi.

İnsanların referendumla bağlı ortaya qoyduğu aktivlik və möqe göstərdi
ki, insanlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi
kursu dəstəkləyir. Bu seçkilərin nəticəsi sübut edir ki, Azərbaycan gələcəkdə
demokratik seçki və siyasi-iqtisadi inkişaf baxımından yeni-yeni uğurlara nail
olacaq”.

 

Seymur Əliyev                                                                                                                                                                                                                                                                                                                                                     


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler