Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Referendum sonuclarının tesdiqlediyi gerçekler

28 Eylül 2016

9:20 am


28/09/2016 [13:16]: xeber –
Referendum bitdi. Sonuclar gözlənildiyi kimi oldu və heç bir kataklizmə səbəb vermədi. Yəni seçicilərin aşağı-yuxarı 87 faizi Prezident İlham Əliyevin təkliflərinin hamısına birmənalı “hə” dedi. Bu isə o deməkdir ki, Prezident Əliyevə həm də növbədənkənar etimad yoxlaması baş tutdu. Təbii ki, böyük çoxluq ona etimadı təzələdi, möhkəmləndirdi, tutduğu kursu davam etdirməsini istədi. Bununla bir növ Azərbaycanın bədxahlarına da ismarıc verildi ki, biz xalq olaraq Prezidentin arxasındayıq və onun hazırda davam etdirdiyi kursu doğru hesab edirik.Azərbaycan xalqının belə birmənalı münasibətinin nəticəsi olaraq ABŞ-dan da çox müsbət reaksiya özünü gözlətmədi. Bu dəfə, əvvəlki ümumxalq səsverməsi proseslərindən fərqli olaraq, rəsmi Vaşinqton hətta rəsmi Bakıyla eyni dildə danışdı. Xəbər vasitələrində yayılmış məlumatlara görə, Dövlət Departamentinin rəsmisi Mark Töner deyib ki, “ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və respublika rəhbərinin səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək niyyətində deyil”.Birmənalı və açıq bir ismarıcdır bu. M.Töner eyni zamanda əlavə edib ki, “bu demokratik prosesin hansı nəticələrinin ola və ya olmaya biləcəyini diktə etmək bizim işimiz deyil. Bir istisna ilə: harada qanun pozuntusu var, onlar araşdırılmalı; harada çatışmazlıqlar olub, onlar öyrənilməli və həllini tapmalıdır”.Göründüyü kimi, ABŞ rəsmisi dövlətinin 26 sentyabr referendumuyla bağlı mövqeyini olduqca aydın ifadə edib. Elə rəsmi Bakı da ona qədər qanun pozuntularıyla bağlı araşdırma aparılacağını, eyni zamanda çatışmazlıqları öyrənib aradan qaldıracağını bəyan etmişdi.Buradan hansı nəticəni çıxarmaq olar? Təbii ki, nəticə çıxarmaq üçün çox da dərin təhlilə ehtiyac yoxdur. ABŞ dövləti bu mövqeyilə bir daha bəyan edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə işbirliyini davam etdirməkdə maraqlı və qərarlıdır. Bu isə o deməkdir ki, ABŞ-da oturub Azərbaycanla münasibətləri pozmaq istəyən çevrələrin arzuları bu dəfə də suya düşdü. Hər halda, rəsmi Vaşinqtonun ən düzgün seçim etməsi onları təkrar kədərə boğmuş olmalıdır.Bütün bunlar öz yerində. Diqqətimizi daha bir maraqlı məqam çəkir. Referendumda dəyişikliklərə “hə” deyənlərlə yanaşı “yox” deyənlər də var. Ortalama 6-7 faiz civarında. Təbii ki, onların da mövqeyinə sayğıyla yanaşmaq lazımdır. Bu, öz yerində.Ən maraqlı məqam isə etibarsız bülletenlərlə bağlı faizlərdir. Nəticələrdən bəlli olur ki, ölkə üzrə ortalama 5 faiz civarında bülleten (yaxud da ayrı-ayrı maddələr üzrə verilən səslər) etibarsız sayılıb. Maraqlı və əvvəlki seçki proseslərində çox da rastlanmayan haldır. Sual oluna bilər ki, bunun nəyi maraqlıdır və ümumiyyətlə, bu nə deməkdir.O zaman izah edək. Hər kəs xatırlayar ki, müxalifətin özəlliklə radikal və hər şeyi qara rəngdə görən kəsimi referendum öncəsi çağırışlar edirdi ki, boykota gedək. Yaxud da çağırışlar səslənirdi ki, bülletenləri korlayın. Bu çağırışlara səs verən oldumu? Yəqin ki. Amma nə qədər insan bu çağırışları eşidib dinlədi? Təbii ki, nəinki nəticələrə, ümumiyyətlə ölkədəki siyasi proseslərə heç bir formada təsir edə bilməyəcək sayda.Sırasıyla açıqlayaq.Referendumda əhalinin 70 faizi iştirak etdi. Bu isə boykot çağırışlarının birmənalı şəkildə iflası deməkdir. Deməli, boykot faktı olmayıb.Səsvermədə iştirak edənlərdən ortalama 87 faizi (bəzi maddələr üzrə 90 faizdən çoxu) dəyişikliklərə “hə” deyib. Bu da birmənalı mövqedir və müzakirəsinə belə gərək yoxdur.Yerdə qalan 13 faizin isə, qeyd etdiyimiz kimi, 6-7 faizi bu və ya digər maddələrə “yox” deyib (bütün maddələrə “yox” deyənlərin sayı olduqca azdır). Yəni bu kəsim də referendumu qəbul edib, iştirakıyla bunu təsdiqləyib.Digər 5-6 faiz isə, deyəsən, öz etirazını bülletenləri korlamaqla bildirmək istəyib. Əslində, onların da hamısı haqqında bu fikri söyləmək olmaz. Çünki olduqca geniş əhatəli və iri həcmli bülleteni bilərəkdən korlayanlarla bərabər, bilmədən bunu edənlərin də olması nəinki istisna deyil, ümumiyyətlə gözlənilən idi.Bütün bu rəqəmləri bir daha nəzərdən keçirəndə aşağıdakı qənaətə gəlmək olar:1. Xalq referendumda yüksək faizlə iştirakla Prezidentin təklif etdiyi dəyişikliklərə “hə” deyərək bir daha ona olan etimadı yenilədi. Nəzərə alsaq ki, son prezident seçkisində – 2013-cü ildə İlham Əliyev səslərin ümumilikdə 84,54 faizini qazanaraq seçilmişdi, bu referendum ona olan etimadı həm də möhkəmləndirdi. Bu dəfə onun çağırışına seçicilərin 87 faizi “hə” dedi.2. Müxalifətin boykot çağırışı büsbütün iflasa uğradı. Seçicilər bir daha göstərdilər ki, ölkədəki sabitliyi pozmaq, Azərbaycanı da Suriya, Liviya, İraq kimi anarxiyanın hökm sürdüyü ölkələrin gününə salmaq istəyənlərin arxasınca getmək fikrində deyillər.3. Müxalifətin bəzi kəsimlərinin “seçkiyə gedib bülletenləri korlamaqla etirazınızı bildirin” çağırışları da tam olaraq iflasa uğradı. Əgər nəzərə alsaq ki, korlanan bülletenlərin bir qismi onların çağırışlarının məhsuludur, bu rəqəm olduqca kiçikdir. (Hələ təsdiq etmək lazımdır ki, doğrudan da o bülletenləri radikal müxalifətin çağırışı sonucu korlayanlar olub. – A.H.)Bu üç maddədən belə bir ümumi nəticə çıxarırıq ki, referendum baş tutub, nəticələr yüksəkdir, beynəlxalq ictimaiyyət də ABŞ-ın timsalında bununla bağlı heç bir şübhəsini dilə gətirmir. Yəni Prezident İlham Əliyevin bu mərhələ üçün seçdiyi kurs həm ölkə içində, həm də dışında birmənalı dəstək qazandı. Belə bir durum isə ondan xəbər verir ki, Azərbaycandakı sabitlik davamlılığını qoruyacaq, ölkə neft qiymətlərinin səbəb olduğu problemlərin qısa müddətdə aradan qaldırması üçün əlavə imkanlar qazanacaq. Bizcə, bu ən ciddi ehtiyac duyduğumuz məsələdir, deyilmi?Azər HƏSRƏT, [email protected]/* */


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler