Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Referendum bitdi, “bitmek” növbesi icra başçılarına çatdı – Meyarlara cavab vermeyenler…

26 Eylül 2016

6:00 pm


26/09/2016 [21:55]: xeber –
Azərbaycan xalqı referendumla bağlı sözünü dedi. Həmin sözün rəqəmlərlə ifadəsini MSK-nın rəsmi açıqlamasından sonra biləcəyik. Təbii ki, dünyanın səkkizinci möcüzəsinin baş verəcəyini gözləmək yersizdir və bu referendumun nəticələri onun təşəbbüskarının – hakimiyyətini daha da möhkəmlətmək istəyən prezident İlham Əliyevin istədiyi kimi də gerçəkləşəcək. Odur ki, indi hamını bir sual düşündürür, proqnozlaşdırılan bu dəyişiklikləri cəmiyyət olaraq nə vaxt görəcəyik və nəhayət çoxdan gözlənilən bir sıra islahatlar, xüsusən də kadrların yeni meyarlar əsasında seçilməsi, yeni dövrün tələbləri ilə heç cür ayaqlaşa bilməyənlərin, daha doğrusu, bunu qəsdən etməyərək rəhbərlik etdiyi rayonda “balaca padşah” kimi davranan icra başçılarının “kitab”ı bağlanacaqmı?Yeri gəlmişkən, bu gün Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Zeynal Nağdəliyev gözlənilmədən icra başçılarının canına üşütmə salacaq ilginc açıqlamada bulunub. Şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, bundan sonra icra başçılarının fəaliyyətinə, bacarığına qiymət verilərkəın əsas meyar kimi onların prezidentin tapşırıqlarına nə dərəcədə əməl etməsiylə yanaşı rəhbərlik etdikləri rayonlara nə qədər yerli və xarici investor cəlb etmələri olacaq. Söhbətin nədən geetdiyini nəzərərə alaraq şöbə müdirinin bu açıqlamasını az qala 50 rayonun icra başçısı üçün ölüm fərmanı da hesab etmək olar. Çünki heç kimə sirr deyil ki, ölkənin az qala 70-80 faizindəki icra başçıları bu illər ərzində nəinki rəhbərlik etdikləri rayona yerli və xarici sərmayə cəlbi haqqında düşünməyiblər, əksinə, rayonların abadlığına-quruculuğuna cəlb edilmiş yerli sahibkarlara sözün həqiqi mənasında divan tutublar. Bu gün ölkənin rayonlarının əksəriyyətində yerli sahibkarlarla icra başçıları ya məhkəmə çəkişmələri, ya da müxtəlif səpkili münaqişələr davam etməkdədir. Hətta bəzi rayonlarda halalca pulunu təlıəb edən iş adamlarına qarşı təqib-təzyiq kampaniyalarına əl ataraq onları şərləyəiblər, həbsə düşənlər də az deyil. Belə olduğu halda indiki icra başçılarının rəhbərlik etdikləri rayonklara sərmayə cəlb edəcəklərini ancaq sadəlöhv və ruhi xəstəlikdən əziyyət çəkənlər inana bilərlər. İlan vuran ala çatıdan qorxar deyiblər və baş verənlərdən sonra kimsə ürəklə qollarını çırmayıb hansısa rayona sərmayə qoymaq, iş yeri açmaq fikrinə düşən deyil. Yeganə çıxış yolu rayonlara yeni simaların göndərilməsi və itmiş etibarın, etimadın qismən də olsa bərpasına nail olunmasıdır.Elə 15 gün bundan öncə sayt-a daxil olan ilginc məlumatda da deyilirdi ki, referendumdan dərhal sonra prezident İlham Əliyev yerli əhalinin, xüsusən də sahibkarların qəniminə çevrilmiş icra başçılarını istefaya, hətta bəzilərini dəmir barmaqlıqlar arxasına göndərəcək. Sentyabrın 11-də sayt-da getmiş “50 rayonun icra başçısından prezidentə şikayət” başlıqlı həmin material cəmiyyətdə ciddi rezonans doğurmuşdu və inanılmaz sayda (45 min oxucu) oxunmuşdu—- (moderator.az/news/151058.html)Bu həm də onun göstəricisi hesab oluna bilərdi ki, cəmiyyətdə hamı intizarla icra başçılarının “budama” mövsümünə start veriləcəyi günü gözləyir. Odur ki, Zeynal Nağdəliyevin referendum günü jurnalistlər qarşısına çıxaraq gözləınilmədən icra başçıları haqqında yeni meyarları dilə gətirməsi heç də təsadüf hesab olunmamalıdır, əksinə, şöbə müdirinin bu açıqlamasını prezidentin üfüqdəki kadr islahatlarının – icra başçılarının “yarpaq tökümü”nün anonsu hesab oluna bilər. Hər halda siftəni çox gözləmək lazım gəlməyəcək. Siyahıya başçılıq edən “balaca padşahlar”ların kimliyini bizlər də, onları həmin rayonlara göndərənlər də yaxşı bilirlər, qalır onları bir –birinin ardınca haqq etdikləri yerə göndərmək…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler