Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

REAL temsilçisi barde 4 aylıq hebs qetimkan tedbiri seçidi

12 Ağustos 2016

9:08 pm


13/08/2016 [01:06]: xeber –
Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərlinin saxlanması barədə ictimai sektorda məlumat yayılıb. Məlumatı paylaşanlardan birincisi müstəqil jurnalist Aynur İmranova olub. Musavat.com xəbər verir ki, A.İmranova bu barədə aşağıdakıları yazıb: “Natiq Cəfərli məlumat verilmədən və vəkil təmin edilmədən saxlanılaraq prokurorluğun Ağır Cinayətlər İdarəsinə aparılıb. Həbslər yenə başladı. Qanunsuzluq davam edir”.Xəbəri təsdiqləyənlərdən və onun izinə düşənlərdən biri də jurnalist Ramin Deko olub. R.Deko da sosial şəbəkədəki statusunda aşağıdakıları yazıb: “Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısındayıq. Natiq Cəfərlinin burada olduğu ehtimal edilir. Vəkil Cavad Cavadova deyiblər ki, “Natiq burdaydı aparıblar”.Yazı hazırlanan dəqiqələrdə isə məlum oldu ki, N.Cəfərli Nəsimi rayon məhkəməsinə aparılıb və barəsində  4 aylıq həbs qətimkan tədbiri seçilib. Musavat.com xatırladır ki, N.Cəfərlinin telefonuna zəng çatmır. Onun son olaraq paylaşdığı status isə 6 saat əvvəl yazılıb. İqtisadçı ekspert son statusunda aşağıdakıları yazıb: “Bu gün Türkiyədə Hakan Şükürün atasını həbs ediblər, özünü də həbs edəcəklər, sən demə bu illər ərzində başla vurduğu bütün qollar Gülənin dualarına görə imiş, ayaqla atdıqlarına aid dua hələ tapılmayıb. Xətakar…”Mövzunu davam etdirəcəyik. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler