Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rauf Mirqedirov İsveçreden sığınacaq isteyib

01 Kasım 2016

10:44 am


01/11/2016 [14:42]: xeber –
Sentyabrın 16-da ölkədən gedən jurnalist Rauf Mirqədirovun İsveçrə hökumətinə sığınmaq məqsədilə müraciət etdiyi bildirilir.Bu haqda  vəkil Fuad Ağayev danışıb.Vəkilin sözlərinə görə, R.Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq istəyir: “Mənim bu haqda informasiyam ancaq bu qədərdir”.2014-cü ilin aprelində Türkiyədən Azərbaycana deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mirqədirova 6 il həbs cəzası verilsə də, bu il Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı hökmü dəyişdirərək, 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib və o, azadlığa çıxıb. Qeyd edək ki, R.Mirqədirovun ailəsi hələ o, həbsdə olanda İsveçrəyə getmişdi.(Azadlıq)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler