Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rauf Mirqedirov Azerbaycandan getdi

16 Eylül 2016

12:32 pm


16/09/2016 [16:29]: xeber –
Sentyabrın 16-da siyasi icmalçı və keçmiş məhbus Rauf Mirqədirov Almaniyaya yola düşüb.Bu barədə Rauf Mirqədirovun özü məlumat verib.O, Frankfurta və ordan da 3 günlük seminarda iştirak etmək üçün Varşavaya yola düşəcək.Rauf Mirqədirov beynəlxalq tədbirdən sonra İsveçrədə məskunkaşan ailəsinin yanına gedəcək: “Məhkəmə mənim ölkəni tərk etməklə bağlı iddiamı təmin edib. Ona görə mən həbs olunandan sonra İsveçrədə məskunlaşan ailəmin yanına gedəcəm”.Amma siyasi icmalçı ölkəyə qayıdıb-qayıtmaması barədə sualı cavablandırmayıb: “Hələ bu barədə heç nə deyə bilmərəm”.R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.Martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti həbs cəzası verməklə onu azad edib.(Meydan TV)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler