Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rauf Arifoğlu Əflatun Amaşovun teşebbüsünü desteklemedi…

01 Ekim 2016

7:12 pm


01/10/2016 [23:09]: xeber –
“Mən bu işin içindəyəm, ortada real bir şey yoxdur”. Bunu sayt – a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun Milli Məclisdə elektron KİV – in maliyyələşdirilməsi ilə bağlı fikirlərini şərh edərkən bildirib. Rauf Arifoğlu deyib ki, ortada real söhbət olmadığına görə məsələyə münasibət bildirmək istəmir.Rauf Arifoğlunun sözlərindən belı çıxır ki, ondan fərqli olaraq MŞ sədri Əflatun Amaşov bu işin içində olmadığından belə bir təklif səsləndirib. Hər halda hətta “Yeni Müsavat”ın baş yazarı demişkən, ortada real bir şey olmasa belə onun reallaşması üçün bütün media cameəsi dirəniş göstərməliduir. Çünki bu ölkədə “məmə” deyəndən pəpə yeyənədək hər kəs qəzetlərin də, elektron medianın da oxucu auditoriyasını və ictimai rəyə təsirini gözəl bilir. Bunu hər kəsin bildiyi halda nədən bu məsələ reallaşmasın?Xatırladaq ki, dünən Milli Məclisin iclasında çıxış edən MŞ sədri Əflatun Amaşov elektron medianın dövlət tərəfindən maliyyələşməsinin zəruriliyini bildirmişdi—- (moderator.az/news/153317.html)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler