Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rasime olan münasibet Azerbaycan sehiyyesinin hansı durumda olmasını gösterdi”

10 Ağustos 2016

7:48 am


10/08/2016 [11:47]: xeber –
Xəbər verdiyimiz kimi dünən jurnalist Rasim Əlievin ölümündən 1 il ötdü. Jurnalisti yad edən onun həmkarları və ictimaiyyət nümayndələri bir araya gələrək Rasim haqda xatirələrini bölüşüblər. Milli Şura sədri Cəmil Həsənli sayt-a açıqlamasında bildirdi ki, Rasimin işində ədalət tam şəkildə bərpa olunmayıb:“Rasimi geri qaytarmaq artıq mümkün deyil. Ona görə də ədalət tam şəkildə bərpa olunmayıb. Rasimi mən xatırlayıram. Mitinqlərdə o, öz peşə borcunu fədəkarlıqla yerinə yetirirdi. Ölkədə elə mühit var ki,  artıq müəyyən qrup insanlar jurnalisti dediyi sözə görə döyüb öldürmə həddinə çatıblar. İdman iqtidar tərəfindən himayə olunduğuna görə bunlar qanundan sui – istifadə edirlər. Rasimlə bağlı mühüm məsələlərdən biri də həkim səhlənkarlığı oldu. O, yerləşdirildiyi xəstəxanada lazımı xidməti görsəydi bəlkə də ölməzdi. Rasimə olan münasibət Azərbaycan səhiyyəsinin hansı durumda olmasını göstərdi. Səhiyyəmizdə insan həyatına laqeyd münasibət var. Nəticəsi də odur ki, burnu qanayan şəxs xarici ölkəyə gedir. Rasim öz həyatını peşəsinin şərəfi uğrunda qurban vermiş bir şəxsdir. Bu gün onu sevənlər burada onu yad edirlər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler