Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rasim Əliyev işinde heç bir günahı olmayan adama 9 il iş veribler”

15 Ekim 2016

10:52 am


15/10/2016 [14:50]: xeber –
 Futbolçu Cavid Hüseynovun həbsdən azad edilməsi
birmənalı qarşılanmadı. Onun həbsdən azad edilməsini pisləyənlərlə yanaşı,
alşıqlayanlar  da oldu. Mövzu sosial
şəbəkələrdə geniş müzakirə edildi. Qeyd edək ki, jurnalist Rasim Əliyevin
2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən
döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən
sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda
istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

 

Həmin cinayət işinin materiallarından Cavid
Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və
törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci
(qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə
dair hissə ayrıca icraata ayrılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər – Kənan Mədətov və
Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6
ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum
olunub.

 

Bir neçə gün öncə isə Bakı Apellyasiya Məhkəməsində
hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun şikayəti
təmin edilib. Cavid Hüseynov məhkəmə zalından azadlığa buraxılıb. Onun cəzası 4
ildən 1 il 2 ay endirilib və azadlığa çıxıb.

 

 

sayt mövzu ilə bağlı “Azadlıq” qəzetinin əməkdaşı, Cavid hər
iki məhkəmə prosesinin bütün iclaslarını izləmiş Aytən Məmmədovanın fikirlərini
öyrənib.

 

Aytən Məmmədov deyib ki, Cavid Hüseynovun
məhkəməsində onun təqsiri sübuta yetirilməyib: “Günah başqa şeydir, təqsir baş
şey. Günah mənəvi məsuliyyətdir, təqsir konkret bir əməldir. Bir vacib məsələni
qeyd edim ki, Rasim Əliyevi döyməyə gedənlər 4 nəfər olub. Bu işə görə
azadlıqdan məhrum edilən Samir Mustafayev digər 4 nəfəri tanımır. Şərti olaraq
dəstənin başçısı adlandıra biləcəyimiz Elşən İsmayılov bildiyiniz kimi Cavidin
bibisioğludur. Elşənin özünün də bibisioğlu var, o Bayılda yaşayır.

Elşənlə Rasim Əliyev arasında söyüşmə
olandan sonra Elşən zəng edir ki, Pərviz adlı bibisioğluna, “Bayıl” marketinin
yanını soruşur, deyir, ora dava etməyə gələcəm. Deyilənə görə, Pərviz qonşusu
olan Samirə zəng edir, deyir ki, mənim dayımoğlu ora gəlir, bir nəfərlə söhbəti
düşüb, əlində də bıçaq var, get, qoyma. Samirin yeganə günahı o olub ki, Rasim
Əliyevin üstünə gələnlərə “Bayıl” marketin yerini göstərib. Üç nəfər Rasimin
üstünə düşüb, amma Samir Rasimi yerdən qaldırıb və Rasim qaçıb. Rasimi yerdən
qaldıran Samirə məhkəmədə 9 il iş verdilər. Bilirsiniz, biz haqqdan, ədalətdən
danışırıqsa, fərqi yoxdur zərərçəkmiş tərəf kimdir. Jurnalist hansısa cinayət
törədəndə dərhal hay-küy salırıq. Jurnalistə qarşı da hər hansı hərəkət
ediləndə biz qarışqanı fil etməməliyik, o baxımdan mən Facebookda da yazmışdım
ki, məhkəmədə Cavid Hüseynovun təqsiri sübuta yetirilməyib, bunu nəzərə alaq”.

 

Aytən Məmmədov bildirib ki, Cavid Hüseynovun
məhkəməsi ilə bağlı ancaq bəlkələrlə danışmaq olar: “Bəlkə də Cavid bu
cinayətin təşkilatçısı idi. Bəlkə bu işdə heç bir günahı yox idi. Biz ancaq
bəlkələrlə danışa bilərik. Cavid Hüseynova konkret o cinayətlə bağlı ittiham
verilməmişdi. Cavidə ittiham verilmişdi ki, cinayətin əvvəlcədən hazırlandığını
bilib və xəbər verməyib. Və cinayət baş verəndən sonra hüquq-mühafizə
orqanlarını xəbərdar etməyib. Məhz bu ittihamlar üzrə Cavidin günahı məhkəmədə
sübuta yetirilmədi. Bilmirəm, bəlkə bilərəkdən o sübutları toplayıb ortaya
qoymayıblar, yaxud da həqiqətən o sübutlar olmayıb. Bu, artıq başqa söhbətin
mövzusudur. Mənim isə deməyim odur ki, Cavidin günahı sübuta yetirilmədi. Başqa
bir məsələ. Hadisə baş verəndən sonra bütün media orqanları bu barədə yazmışdı.
Cavid baş verənlər haqda oxuyub xəstəxanaya Rasimin yanına gəlmişdi. O
xəstanada olanda polislər də orda Rasimdən ifadə alırdılar. Əgər polislər bu
haqda məlumatlı idilərsə, Cavid daha hara məlumat verməli idi ki? Başqa bir
maraqlı məqam. Son anlarına qədər Rasimin yanında olan dostu məhkəmədə ifadə
verdi. Onun ifadəsi Rasimin xeyrinə idi. Mənim dediklərim mənim gördüklərim,
bildiklərimdir”.

 

 Aytən Məmmədova sonda əlavə edib ki, bu
məsələdə Cavid Hüseynovun mənəvi məsuliyyəti öz yerində qalır: “Hətta Cavidin
bibisioğlunun Rasimlə davası ana söyüşünə görə düşübsə belə hər halda söz-söhbət
Cavidə görə, onun əl hərəkətinə görə yaranıb. Buna görə nə olursa-olsun Cavidi
mənəvi məsuliyyətdən azad etmək mümkün deyil”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler