Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ramil Usubovun deveti ile İranın daxili işler naziri ölkemize resmi sefere gelib

03 Ekim 2016

1:52 pm


03/10/2016 [17:51]: xeber –
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkəmizə rəsmi səfərə gəlib.Oktyabrın 3-də cənab Əbdülrza Rəhmani Fəzli və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb. Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Qonaqları salamlayan nazir R.Usubov xalqlarımız arasında tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu, Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdikdən sonra təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki ölkənin prezidentləri tərəfindən daha da genişləndiyini, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, cari ilin avqust ayında Bakıda üçtərəfli İran- Azərbaycan-Rusiya Yüksək Səviyyəli Sammitin keçirilməsinin bunun növbəti bariz nümunəsi olduğunu məmnunluqla xatırladıb. O, belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında ətraflı məlumat verilib. Cari il oktyabrın 18-də respublikamızda dövlət müstəqilliyinin bərpasının 25-ci ilinin tamam olacağını nəzərə çatdıran cənabRamil Usubov sözügedən müddətdə cəmiyyət həyatının bütün sahələrində qazanılan uğurlarla yanaşı qarşılaşdığımız çətinliklər, xüsusən Ermənistanın hərbi təcavüzü və onun doğurduğu nəticələr barədə danışıb, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə İranın hər zaman tərəfdar olduğunu, bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkəmizin haqq işini dəstəklədiyini vurğulayaraq, buna görə təşəkkürünü bildirib.Söhbət zamanı həmçinin xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi və müasir texniki vasitələrin alınması, demokratik prinsiplərin möhkəmləndirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Nazir son illər Azərbaycanın nail olduğu dinamik inkişafın, qlobal layihələrin həyata keçirilməsində ölkəmizdə yaradılmış, ulu öndər və möhtərəm Prezidentimizin öz nitqlərində dəfələrlə vurğuladıqları sabitlik amilinin dayandığını, eyni zamanda, respublikamızda əmin-amanlıq, təhlükəsizlik şəraitindən vətəndaşlarımızla bərabər əcnəbilərin də yararlandıqlarını, iqtisadiyatımıza xarici investorların və sərmayənin cəlb olunmasında bu amillərin həlledici rol oynadığını xüsusi qeyd edib. Bildirilib ki, ölkəmizin hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirirlər.İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək deyib ki, həqiqətən belə səfərlər, görüşlər və imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. İstənilən inkişafın təməlində sabitlik amilinin dayandığı barədə həmkarının mövqeyini bölüşən cənab Əbdülrza Rəhmani Fəzli İran və Azərbaycandan fərqli olaraq, regionda qeyri-sabit situasiyanın hökm sürdüyünü, istər ikitərəfli, istərsə də çoxtərəli formatda əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin bölgədəki vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler