Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ramil Usubov Qubada növbeti qebul keçirib

25 Haziran 2016

5:52 pm


25/06/2016 [21:51]: xeber –
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri ilə görüşən nazir onların polis fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.25 iyun 2016-cı il




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler