Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Rahimin iki oğlu and içib ki, atalarının qisasını ermenide qoymayacaqlar” – Şehidin xanımı

17 Ekim 2016

8:20 am


17/10/2016 [12:18]: xeber –
sayt-a aprel döyüşlərində ağır yaralanmış, 3 ay hərbi hospitalda ölüm-dirim mübarizəsi aparan, ancaq amansız ölümə qalib gəlməyi bacarmayan şəhid Rahim Tağıyevin həyat yoldaşından müraciət daxil olub. Şəhid xanımı Vüsalə Tağıyeva həyat yoldaşına ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal verilməsindən narazılıq edir. Ali Baş Komandandan şəhid həyat yoldaşının adına  layiq şəkildə qiymətləndirilməsi üçün tapşırıq verməsini xahiş edir. Vüsalə Tağıyevanın müraciətini təqdim edirik:“Həyat yoldaşım şəhid Rahim Tağıyevin şəhadətindən 4 ay keçir. İndiyə qədər gözlədim ki, həyat yoldaşıma ölümündən sonra olsa belə hər hansı bir medal verilə. Ancaq heç bir xəbər çıxmadı. Nəhayət ki, bir neçə gün əvvəl özüm müraciət etməli oldum. Müraciətimə cavab olaraq Müdafiə Nazirliyindən bildirdilər ki, şəhid Rahim Tağıyev 01.09.2016-cı il tarixdə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunub. Amma medalı gətirib bizə verən olmayıb. İndiyə kimi də hələ medalı axtarırlar, harada olduğunu bilən yoxdur. Medalın verilməməsi bir yana, məni əsas narahat edən həyat yoldaşıma layiq olduğu, hakk elədiyi səviyyədə medal verilməməsidir. Rahim Tağıyev 18 illik şərəfli hərbi xidmət yolu keçib və bu müddətdə 5  medala layiq görülüb. Hərbi xidmətdə fərqlənməyə görə iki dəfə, ikinci və üçüncü dərəcəli medalları var. Bunlardan da başqa nə qədər fəxri fərmanlar, diplomlar, təşəkkürnamələr alıb. Bu qədər əziyyətin, zülmün, çəkdiklərinin qarşılığında ona Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı layiq görüblər. Ölümün qarşısına kiminsə əmri ilə yox, öz istəyi ilə gedən bir zabit bu medalı haqq etmir axı. Rahim döyüşə gedəndə yanındakılara deyib ki, mən getdimsə geri qayıtmayacam. Tankı minaya düşüb, ancaq yenə də geri qayıtmayıb. 3 ay ölümlə mübarizə apardı, can çəkişdi, əgər ölümə qalib gəlsəydi, yenə də ön cəbhədə həri xidmətini davam etdirəcəkdi, yaralandığına görə hərbini atmayacaqdı. Bütün bunların müqabilində Rahim Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı layiq gördülər… Üç balasını, ailəsini düşünmədən ölümün gözünə dik baxan, düşmənin gülləsinin qabağına sinəsi sipər çəkən zabitə bu medal layiqdirmi? Ancaq ailəsi olaraq biz Rahimə bu medalı layiq görmürük, o, sağ ikən bu medallardan ikisini alıb, əgər şəhid olmasaydı iki ildən sonra birini də alacaqdı. 18 il bir igidin ömrüdür, ömrünün 18 ilini hərbiyə həsr etmiş zabitə bu medalın layiq görülməsini qəbul edə bilmirik. Onu tanıyanlardan, hərbi yoldaşlarından, komandirlərindən soruşsunlar ki, Rahim necə Vətən, torpaq sevən oğul idi, nə qədər əziyyətlərə qatlaşmışdı bu yolda. Ondan sonra onun xidmətinə qiymət versinlər. Rahim canını vətənə yolunda sipər elədi, bu azmış kimi 3 ay da əzabla can verdi. Onun 3 ayda çəkdikləri heç vaxt yadımızdan çıxmaz. Həmin günlər bizi necə yandırırsa, adının layiqli səviyyədə qiymətləndirilməməsi də bir o qədər yandırır. Rahim daha yaxşı adlara, igidlik medallarına, Milli Qəhrəman adına layiq idi.Layiq bildikləri bu medalı belə heç gətirib bizə vermədilər. Qırxında gözümüz yolda qaldı ki, yəqin digər şəhidlərdə olduğu kimi bizə də gələcəklər. Ancaq gələn olmadı. İki gündür öyrənmişəm ki, medal verilib, ancaq bizə gətirən olmayıb. Bu bizə o qədər pis təsir edib ki, özümüzə yer tapa bilmirik. Heç kimə müraciət etmirəm, bircə Ali Baş Komandandan başqa.  Ali Baş Komandandan xahiş edirəm ki, Rahim Tağıyevin keçdiyi 18 illik hərbi xidmət yolunun araşdırılması və bundan sonra ona layiq olduğu adın verilməsi üçün tapşırıq versin. Biz şəhid ailəsi olaraq bu dövlətdən heç nə tələb etmirik, bir tək adının layiq olduğu səviyyədə qiymətləndirilməsini istəyirik. Nə qədər canımda can var bu yolda əlimdən gələni edəcəyəm, ölənə kimi olsa belə vuruşacağam ki, Rahim Tağıyev layiq olduğu adı alsın. Bilirəm ki, Rahim Allah qarşısında ən dəyərli olan şəhidlik adını qazanıb. Şəhidlik adından, şəhidlik zirvəsindən uca məqam yoxdur, ancaq  ona dövlətimiz tərəfindən də haqq etdiyi ad verilsə, bizə az da olsa təsəlli olar. Onsuz da gözümüz, balalarının gözü Rahimin gəldiyi yoldan yığışmayıb. Hər gün uşaqlarla məktəbə gedəndə gözümüz onu axtarır, elə bilirik ki, indi gələcək… Rahimin iki oğlu var, onsuz da onlar and içib ki, atalarının qisasını ermənidə qoymayacaqlar. Bu yaşda onlara atasızlığı yaşadan ermənidən qanları, canları bahasına atalarının intiqamını alacaqlar.Son olaraq Ali Baş Komandanımıza müraciət etmək istəyirəm. Cənab İlham Əliyev, Sizdən şəhidimin ruhunun rahat olması, məzarında rahat uyuması üçün onun adının əziyyətinə layiq səviyyədə qiymtləndirilməsini xahiş edirəm”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler